23 Sentyabr 2012 01:09
554
Oxucu məktubları
A- A+

Oğlumun sərhədçi olması ilə fəxr edirəm

 

Bu il oğlum Məhəmməd Texniki Universiteti bitirəndə valideyn kimi çox sevindim. İnanıram ki, biliyi, bacarığı və əxlaqı onu heç vaxt darda qoymayacaq. Onu əsgərliyə  çağıranda isə nigarançılığımız olsa da, bunu hər bir atanın, ananın həyatında təmtəraqlı və qürur doğuran hadisə kimi qəbul etdik. Axı vaxt var idi hərbi xidməti sovet ordusunda keçərdik, elimizdən-obamızdan min kilometrlərlə uzağa düşərdik, məktub yazıb cavab alana kimi də xeyli vaxt keçərdi. Məni sevindirən odur ki, oğlum öz dövlətimizdə, öz vətənində qulluq edəcəkdi.

Məhəmmədi hərbi hissəyə yola saldıq. Andiçmə mərasimindən sonra onu Qusar rayonunun ərazisindəki zastavalardan birinə göndərdilər. Xəbər göndərmişdi ki, narahat olmayın, hər şey yaxşıdır. Ancaq anası o qədər xiffət edirdi ki,  axır bir gün bütün ailəni Məhəmmədin yanına aparmağa söz verdim. Anası iki gün əldən-ayaqdan getdi, bişirdi, düşürdü ki, oğlum onu yeməz, bunu istəyər, bu xörəkdən yox,  o birisindən istəyəcək. Xülasə, arvad-uşağı götürdüm, hazırlanan xörəkləri maşına yığıb oğlumuzun xidmət etdiyi hərbi hissəyə getdik. Görüş aldıq, elə zastavanın həyətində oturduq. Bizə stol, stul verdilər. Anası aylarla arzuladığı süfrəsini oğlu üçün açdı. 

Qab-qacağı, bişən xörəkləri görəndə Məhəmmədi gülmək tutdu ki, ay ana, bu nə təmtəraqdı, toy-zaddı bəyəm? Uşaqların anası bir az pərt olmuşdu,  nə illah eləsə də, oğluna bir dolmadan artıq yedirə bilmədi. Oğlum dedi ki, hərbi hissədə yeməyimiz yaxşıdır, təzə nahar etmişik.

Sonra oğlumun komandirləri ilə görüşdük, bizi bütün əsgərlərin şəraiti ilə tanış etdilər, yatdıqları geniş otaqları, təzə çarpayıları göstərdilər. Gördüklərimizə ürəkdən sevinib, heyran qaldıq. Sərhəd zastavasının daşdan tikilən yeni binası göz oxşayır. Bura daim işıqla təmin olunur, müasir istilik sistemi, rahat, işıqlı otaqları var. Sərhəd qoşunları ən müasir avadanlıqlarla təchiz olunub. O saat hiss edirsən ki, müasir və güclü ordu hissələrindən birindəsən. Nizam-intizam isə yüksək səviyyədə idi. Oğlumuzla vidalaşıb Bakıya dönəndə hamımızın ürəyi dağa dönmüşdü.

Ona görə sizə məktub yazmağı qərara aldım. Sərhəd qoşunlarında ciddi nizam-intizam, yenilməyən bir güc gördüm. Onu da gördüm ki, ölkə rəhbərliyi ordunun müdafiə qüdrətinin yüksək səviyyədə olması üçün heç nəyi əsirgəmir.  

 

Rafiq ƏLİYEV,

əsgər atası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video