11 Mart 2012 03:03
486
Oxucu məktubları
A- A+

O, Azərbaycan bayrağını yüksəyə qaldırır

 

Məşqçisinin hər bir tapşırığını yorulmadan yerinə yetirməklə getdikcə püxtələşən həmyerlimiz Əli Cəfərov ötən ilin iyulunda Moskva şəhərində şotokon karate idman növü üzrə II Dünya çempionatında erməni idmançısına 7:2, rus idmançısına 5:2, İran idmançısına 6:0, tacik idmançıya 4:2 hesabı ilə qalib gələrək yarımfinala çıxdı. Yarımfinalda təcrübəli türk idmançısı çox çətinliklə 1 xal üstünlüyü ilə ona qalib gəldi və Əli Cəfərov Dünya çempionatında III yerə layiq görüldü.

Azərbaycan yığma komandasına dəvət alan Əli Cəfərov ötən ilin noyabırında Türkiyənin İstanbul şəhərində keçirilən şotokon karate üzrə Avropa çempionatında 15 ölkədən 1800 idmançının qatıldığı turnirdə kata və kumite kateqoriyaları üzrə  yarışda 84 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Bu yarışlarda  Ağcabədi karate-do məktəbinin yetirməsi Əli Cəfərov 3 nominasiya üzrə 3 qızıl medal qazanaraq Avropa çempionu adına layiq görüldü.

2012-ci ilin ölkəmizdə "İdman ili" elan edilməsi ilə əlaqədar Əli Cəfərov qarşısına daha böyük məqsədlər qoyub. O, qatılacağı beynəlxalq yarışlarda fəxri kürsünün ən yuksək pilləsini tutmaq üçün müntəzəm məşq edir, seçdiyi idman növünün sirlərinə daha dərindən yiyələnir. Bu isə o deməkdir ki, biz bundan sonra da əzmkar idmançının gələcək qələbələrinin şahidi olacağıq.

 

Şünasif MƏMMƏDOV,

Ağcabədidə çıxan "Aran" qəzetinin redaktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video