14:25 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Növbəti layihə həyata keçirilmişdir
ANA SƏHİFƏ / SƏHIYYƏ
03:04 04.04.2012

 

Heydər Əliyev Fondunun və UNICEF-in dəstəyi ilə Bakı aprelin 2-də - Dünya Autizm Günündə beynəlxalq miqyasda qeyd olunan "Mavi işıqla işıqlandır" aksiyasını həyata keçirmək üçün dünyanın digər şəhərlərinə qoşulmuşdur.

Heydər Əliyev Fondundan AzərTAc-a bildirmişlər ki, həmin gün Milli Parkdakı binalardan biri - Bakı Biznes Mərkəzi mavi işıqla işıqlandırılmışdır. 

Artıq üçüncü ildir ki, həyata keçirilən "Mavi işıqla işıqlandır" aksiyası getdikcə yayılmaqda olan autizm xəstəliyi haqqında insanların məlumatını artırmağa yönəldilmiş nadir qlobal təşəbbüsdür. Həmin gün Yer kürəsinin müxtəlif ölkələri öz dəstəklərini göstərmək üçün şəhərlərin ən nəzərəçarpan binalarından birini mavi işıqla işıqlandırırlar.

Autizm uşaqlarda irsi və ətraf mühit amillərinin təsirindən yaranan beyin çatışmazlıqlarını ifadə edən ümumi termindir. Autizm üç yaşından əvvəl başlayan, davranışların məhdudlaşdırılması ilə müşahidə olunan və beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Bu baxımdan ilkin diaqnoz çox önəmlidir. Valideynlərin uşağın davranışlarını müşahidə etməsi, müqayisəsi, bəzi problemləri erkən hiss edə bilmələri çox əhəmiyyətli olduğundan keçirilən aksiya diqqəti məhz bu məsələyə yönəldir.

Aparılmış tədqiqatlara görə, dünya əhalisinin 1 faizi, yəni, 70 milyon əhali autizmin qurbanlarıdır. Narahatlıq doğuran digər məsələ onun artım sürətidir. Hesablamalara görə, bu il uşaqlarda aşkar ediləcək autizm xəstəliyi QİÇS, diabet və xərçəng xəstəliklərinin ümumi sayından çox olacaqdır. Autizmin müalicəsi üçün hələlik heç bir tibbi vasitə yoxdur. Amma erkən diaqnozlaşdırma xəstəliyin fəsadlarını müəyyən dərəcədə azaltmağa  imkan yaradır. Bunun üçün  gənc valideynlərin daha diqqətli və xəstəlik barədə daha  geniş məlumatlı olması vacibdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM