19:42 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Notbuk

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:36 14.08.2021

 

Notbuklar kiçik və yüngüldür, enerji tutumu 15 saata qədərdir. Onlar 11-13.3 düym ekran ölçüsünə malikdir. Kiçik ekran ölçüsü belə bir cihazla işləməyi daha da asanlaşdırır.

İnsanlar daim kompüterlə notbuku müqayisə edirlər. Notbukun üstünlüyü yüngül və kiçik olmasıdır. Buna görə də iş gəzintisində, tətil zamanı rahatlıqla daşına bilir. Ekran, klaviatura bir yerdədir və istifadə zamanı masaya ehtiyac olmur. Ən əsası isə elektrik enerjisinin olmadığı yerdə belə bir müddət istifadəsi mümkündür.

Notbuklar zaman içində inkişaf edərək təkmilləşiblər. Onun son zamanlarda istifadəçilər arasında populyarlaşan modellərindən biri ultrabukdur. Ultrabuk  adi notbuklardan daha kiçik və yüngüldür.  Bu termin 2011-ci ildə “Apple MacBook Air” notbuku əsasında hazırlanan, Intel və Apple konsepsiyası olan yeni mobil kompüterlər sinfini təqdim etdikdən sonra geniş yayılmışdır.

Ultrayığcam notbukların ölçüləri olduqca yığcamdır və çəkisi təxminən 1 kiloqramdır. Aşağı enerji istehlakı tələb edən prosessora sahibdir və bu da onların üstünlüklərindən biridir. Lakin onlar kiçik diaqonallı (9-12 düym) ekrana malik olduqları üçün uzunmüddətli iş və ya əyləncə üçün əlverişli deyil.

 

 

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM