19:02 20 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
17:04 20.04.2021 Məşhur A68 aysberqi əridi
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Nobel sülh mükafatına 300-dən çox namizəd iddia edir
ANA SƏHİFƏ / DÜNYA
17:25 02.03.2021

 

Norveç Nobel Komitəsinin məlumatına görə, 2021-ci il Nobel sülh mükafatını almaq üçün 329 namizəd var. Bu barədə “Amerikanın səsi” radiostansiyası xəbər verir.
Namizədlərin sayına görə bu il tarixdə üçüncü olmuşdur. 2016-cı ildə rekord sayda - 376 namizəd qeydə alınmışdı. 2021-ci il namizədləri 234 nəfər və 95 təşkilatdır.
Komitənin katibi Olav Nyölstad bildirmişdir ki, iddiaçıların sayının çox olması Nobel sülh mükafatına güclü beynəlxalq marağın olduğuna dəlalət edir: "Bu, yəqin ki, dünyada bir sıra həll olunmamış münaqişələrin, müharibələrin və insan hüquqları problemlərinin mövcudluğunu da əks etdirir."
Komitə namizədlərin siyahısını açıqlamır. Bununla belə, iddiaçıların özləri namizədliklərinin irəli sürüldüyünü bəyan edə bilirlər. Artıq məlumdur ki, builki namizədlər arasında rusiyalı müxalif siyasətçi Aleksey Navalnı, Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya, isveçli ekologiya fəalı Qreta Tunberq və ABŞ-dan hüquq müdafiəçisi Steysi Abrams da var.
202-ci i1 Nobel mükafatının laureatları oktyabr ayında elan ediləcək.
 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM