11:00 07 May 2021
ONLINE XƏBƏR LENTİ
00:49 07.05.2021

Azərbaycanın xilaskarı


00:40 07.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Nigar Arpadari AŞPA rəhbərliyinin sessiya zalında kobud danışan erməni deputatla bağlı tədbir görməsini tələb edib
ANA SƏHİFƏ / SİYASƏT
14:22 20.04.2021

 

AŞPA-nın yaz sessiyasında “Avropada milli azlıqların qorunması” adlı məruzənin müzakirələri zamanı Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Nigar Arpadari AŞPA rəhbərliyinin sessiya zalında kobud danışan erməni deputatla bağlı tədbir görməsini tələb edib.

AZƏRTAC xəbər verir ki, Nigar Arpadari çıxışında AŞPA-da Parlament Assambleyasına yeni qatılan deputatlarla görüş keçirildiyini, onlara qaydalar və prosedurlar barədə kitabçanın təqdim edildiyini xatırladaraq deyib: “Həmin kitabçada qaydalardan ən əsası belə idi ki, biz bir-birimizə qarşılıqlı hörmətlə yanaşmalıyıq. Ancaq burada hamımız erməni deputatın Azərbaycana, xalqımıza qarşı hörmətsiz çıxışını eşitdik. Xahiş edirəm, mənə izah edəsiniz “Avropa dəyərləri budurmu?”. Buradakı deputatlara bildirin, Assambleyada belə danışıq tərzinə yer yoxdur. Belə çıxışlara son qoyulmalıdır”.

Məsələ ilə bağlı sessiyanın sədri Fransa nümayəndə heyətinin rəhbəri Nikol Trisse deputatlara müraciət edərək deyib: “Düzdür, burada bizim ifadə azadlığımız var. Ancaq xatırladıram ki, bu, qarşılıqlı hörmət çərçivəsində olmalıdır. Bu səbəbdən istərdim ki, qarşılıqlı hörmət təmsil etdiyimiz bütün xalqlar və ölkələrlə münasibətdə olsun. Bu, Avropa Şurası dəyərləri naminə birgə işləməyimiz üçün ən elementar qaydadır”.

Qeyd edək ki, AŞPA-da Ermənistan nümayəndə heyətinin üzvü Naira Zohrabyan qurumun plenar iclasında deputat olduğunu yenidən unudub. Erməni deputat aktyor peşəsini hələ də deputat mandatı ilə fərqləndirə bilməyərək AŞPA plenar iclasında özünü teatr səhnəsindəki kimi hiss edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM