15:23 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Niderlandda Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla anılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:42 26.09.2021

 

44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş igid Azərbaycan oğullarının - əsgər və zabitlərimizin, eləcə də bütün şəhidlərimizin xatirəsi dərin ehtiramla Niderland Krallığında da anılıb.

Tədbir Niderland–Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı, Qarabağ Zəfərinin 1-ci ildönümü münasibətilə təşkil olunub.

“Dərnəyin təşkilatçılığı ilə Qarabağ Zəfərinin 1-ci ildönümü münasibətilə şəhidlərimizin əziz xatirəsini andıq və Zəfərimizi qeyd etdik. Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edərək tədbirimizə başladıq” söyləyən dərnəyin sədri İlhan Aşkın AZƏRTAC-a müsahibəsində belə deyib. Haaqa məscidinin imamı Mehmet Seh və Ehlibeyt məscidinin imamı Türkcan Akbal şəhidlərimizin ruhuna dualar oxuyublar.

Dərnəyin üzvü Yasin Zeynallı Qarabağ müharibəsində Azərbaycanın bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərdən söz açıb. Dərnəyin sabiq rəhbəri Fərhat Atəş, Benelüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Assosiasiyasının rəhbəri Maiyisə Ağamirzəyeva, “Odlar Yurdu” Niderland-Azərbaycan Assosiasiyasının rəhbəri Firəngiz Bağırova, Xatirə Sərdarqızı Vətən müharibəsində şəhid olan igid Azərbaycan oğullarının qəhrəmanlığından danışıblar.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun torpaqlarımızın işğaldan azad olunması uğrunda göstərdikləri rəşadətdən söz açılaraq, Vətən uğrunda həlak olan şəhidlərimizin ruhu ehtiramla yad edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM