10 May 2021 23:46
1084
SİYASƏT
A- A+

Niderlandda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə poçt markaları çap edilib

 

Niderland Krallığının Amsterdam və Leyvarden şəhərlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş poçt markaları çap edilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, Layverden şəhərində poçt markası “Niderlandda Azərbaycan Evi”nin təşəbbüsü ilə çap olunub. Bu barədə məlumat verən Elxan Mirhəşimli deyib ki, poçt markasının buraxılması ideyası Niderlandda yaşayan azərbaycanlıların bu tarixi hadisəyə öz töhfələrini bəxş etmək zərurətindən yaranıb.

Amsterdam şəhərində isə markalar bu ölkədə yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə buraxılıb. S.Rəvanqızı qeyd edib ki, “Azərbaycanın inciləri” layihəsi çərçivəsində buraxılan markanın üzərində ümummilli lider Heydər Əliyevlə Prezident İlham Əliyevin birgə şəkli təsvir olunub. Amsterdam şəhərində markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap edilib.

Poçt markalarının buraxılmasında məqsəd niderlandlıların diqqətini müasir Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında misilsiz xidmətlər göstərmiş nəhəng Azərbaycan siyasətçilərinə cəlb etməkdir.

Xatırladaq ki, bu ölkədə daha əvvəllər “Xarı bülbül”, “Əminə Dilbazi”, “Covdət Hacıyev” adlı markalar və Nizami Gəncəvinin 880 illiyi ilə bağlı marka da çap olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video