13:26 08 Mart 2021
ONLINE XƏBƏR LENTİ
00:48 07.03.2021

Qan bahasına yaranan bayram


00:45 07.03.2021

İncə qəlblilər


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Niderland polisi dünyada ən çox axtarılan cinayətkarlardan birini tutub
ANA SƏHİFƏ / DÜNYA
20:51 24.01.2021

 

Niderland polisi böyük narkokartelin başçısı, Çin əsilli Kanada vətəndaşı, “Asiyadan olan El Çapo” ləqəbli Se Çi Lopu həbs edib.

AZƏRTAC NL Times nəşrinə istinadla xəbər verir ki, 57 yaşlı Se Çi Lop Avstraliya hakimiyyətinin sorğusuna əsasən Sxipxol aeroportunda tutulub. O, saxlanılarkən polisə müqavimət göstərməyib. Hazırda Niderland polisi narkokartelin başçısının Avstraliyaya verilməsi məsələsi üzərində işləyir.

Avstraliyanın ABC telekanalının məlumatına görə, Se Çi Lop dünyada ən çox axtarılan cinayətkarlardan biridir. Onun narkokartelinin illik dövriyyəsi 90 milyard Avstraliya dolları (təxminən 70 milyard ABŞ dolları) həcmində qiymətləndirilir. Avstraliya polisinin hesablamalarına əsasən, “Asiyadan olan El Çapo” ölkəyə gətirilən narkotik vasitələrin 70 faizinə görə məsuliyyət daşıyır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM