13:28 08 Mart 2021
ONLINE XƏBƏR LENTİ
00:48 07.03.2021

Qan bahasına yaranan bayram


00:45 07.03.2021

İncə qəlblilər


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Newsweek” jurnalında Ermənistan və Azərbaycan arasında davamlı sülhün əldə edilməsinə həsr olunmuş yazı dərc olunub
ANA SƏHİFƏ / SİYASƏT
10:40 23.02.2021

 

Amerikanın məşhur “Newsweek” jurnalında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun Vətən müharibəsindən sonra Ermənistan və Azərbaycan arasında davamlı sülhün əldə edilməsinə həsr olunmuş məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Cənubi Qafqaz regionunda münasibətlərin normallaşdırılması və iqtisadi inteqrasiya üçün imkanların əldən verilməməsindən bəhs edilir. Səfir Azərbaycanın beynəlxalq tanınmış ərazilərində Ermənistanın 30 il davam edən təcavüzü nəticəsində 1 milyona yaxın məcburi köçkünün öz torpaqlarından didərgin düşməsi və ərazinin ciddi dağıntılara məruz qalmasından bəhs edib. Bu təcavüz nəticəsində, həmçinin Ermənistanın təcrid vəziyyətinə düşməsi, xaricdən asılılıq, iqtisadi və demoqrafik tənəzzülə uğramasını xatırladıb.

Səfir müharibənin başa çatmasından sonra Ermənistan və erməni xalqı üçün yeni imkanlar yarandığını, təcavüzün emosional və iqtisadi fəlakətindən qurtarıb azərbaycanlı qonşuları ilə sülh şəraitində yaşamağın mümkünlüyündən bəhs edib. Bir neçə onillikdən sonra Ermənistan və Azərbaycanın yüksək səviyyəli məmurlarının regional əməkdaşlıq üçün nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasını müzakirə etməsinə toxunan E.Süleymanov, hazırda demarkasiya işlərinin aparılmasına və məcburi köçkünlərin geri qayıtması istiqamətində səylərin göstərilməsinə diqqət çəkib.

Məqalədə ABŞ şirkətlərinin smart və yaşıl şəhərlərin qurulmasında iştirakının vacibliyi qeyd olunur və bu yolda maneənin mülki şəxslərin və hərbçilərin ölümünə səbəb olan minalanmış ərazilərin olması bildirilir. ATƏT-in Minsk Qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının üzvü qismində ABŞ-ın sülhün qorunub saxlanması istiqamətində sözügedən təşkilatların qərarlarına əməl edilməsinə maraq göstərilməsinin əhəmiyyəti qeyd olunur. Qeyd edilib ki, ABŞ tərəf tutmadan hər iki ölkənin beynəlxalq hüquqa uyğun şəkildə davranması istiqamətində obyektiv vasitəçi rolunu tutmalıdır.

Məqalədə səfir vurğulayıb ki, 1992-ci ildə yüzlərlə azərbaycanlının həyatını itirməsi ilə nəticələnmiş Xocalı qətliamı da daxil olmaqla keçmişin ağır yaraları hələ də sağalmayıb. Eyni zamanda Azərbaycan gələcəyə baxmağa və sülhün təmin edilməsi üçün lazımi çətin addımları atmağa hazırdır. Azərbaycan Dağlıq Qarabağın erməni əsilli vətəndaşlarının ölkənin sosial və iqtisadi həyatına reinteqrasiyasını təmin etməklə bağlı mövqeyini bildirib.

Səfir müsəlman çoxluğa malik Azərbaycanın tolerantlıq və çoxmillətlilik nümunəsi olmasından bəhs edib, Ermənistan və Azərbaycan arasındakı münaqişəsinə dini don geyindirilməsini qınayıb, bu kimi cəhdlərin barışığa ciddi ziyan vurduğunu qeyd edib.

Azərbaycan və Ermənistan arasında davamlı sülh regionun tam potensialını üzə çıxararaq, Ermənistana qonşuları ilə inteqrasiya etmək imkanları yaradacaqdır ki, bu imkanlar da əldən verilməməlidir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM