02 Sentyabr 2011 01:09
692
Səfərlər
A- A+

Nərimanov rayonundakı 259 nömrəli uşaq bağçası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir

 

Sentyabrın 1-də Nərimanov rayonundakı 259 nömrəli uşaq bağçası əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı təmir və yenidənqurma işlərindən sonra  müəssisədə yaradılan şəraitlə tanış olmuşdur.

Görülən işlərlə bağlı Prezidentə məlumat verildi. Bildirildi ki, 1949-cu ildə inşa edilən və 1950-ci ildə istifadəyə verilən uşaq bağçası 80 yerlikdir. Binanın ümumi sahəsi 748, həyətyanı sahəsi isə 3200  kvadratmetrdir.  Bağçanın həyətində uşaqların əylənməsi üçün ən müasir attraksionlar quraşdırılıb. Uşaq bağçası üçün mətbəx və camaşırxana yenidən inşa edilib və müasir avadanlıqla təchiz olunub.

Əsaslı təmir və bərpa işlərindən sonra uşaq tərbiyə müəssisəsində yaradılan şəraitlə yaxından tanış olan Prezident İlham Əliyev uşaq bağçasında tələbatın çox olduğunu nəzərə alaraq burada əlavə korpusun inşa edilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə yerindəcə tapşırıqlar verdi.

259 nömrəli uşaq bağçasında həyata keçirilən  əsaslı təmir və yenidənqurma işləri ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Molla Cüma küçəsində Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı şəkildə yenidən qurulmuş parkda yaradılan şəraitlə də tanış oldu. Görülən işlərlə bağlı Prezidentə məlumat verildi. Bildirildi ki, parkın ərazisində yeni yaşıllıq zolaqları salınıb, bəzək və gül kolları əkilib, müasir fəvvarələr quraşdırılıb. Parkda işıqlandırma sisteminin ən müasir tələblərə uyğun şəkildə yenidən qurulduğu qeyd olundu. Burada  sakinlərin istirahəti üçün lazım olan bütün şəraitin yaradıldığı bildirildi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video