30 Aprel 2014 05:04
416
Səhiyyə
A- A+

Nərimanov rayonunda tibbi müayinələr yekunlaşmaq üzrədir

Əhalinin sağlamlığını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin tapşırığına əsasən fevralın 14-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbari tibbi müayinələrdən keçirilməsi kampaniyası Nərimanov rayonunda yekunlaşmaq üzrədir.

Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, müayinələr rayon ərazisindəki müasir tibbi avadanlıqla təchiz edilmiş 9 poliklinikada keçirilmişdir. Ötən müddətdə təkrar tibbi müayinədən keçənlər də olmuş və onlarda əvvəlki müayinə zamanı aşkar olunmuş xəstəliklərin fəsadlarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülmüşdür.
Aprelin 30-da isə rayon ərazisində yerləşən 4 nömrəli şəhər poliklinikasında növbəti müayinə keçirilmişdir. Yüzlərlə rayon sakini müasir tibbi avadanlıqla təchiz olunmuş səhiyyə ocağına gələrək müayinədən keçmişlər.
Poliklinikada indiyədək 13 min 200 nəfər tibbi müayinədən keçmiş, onlardan 628 nəfərə ambulator, 120 nəfərə stasionar müalicə təyin edilmişdir.
Fevralın 17-dən etibarən rayon üzrə 71 min 395 nəfərin müayinələrdən keçməsi təmin olunmuşdur. Onlardan 8 min 744 nəfərə ambulator, 220 nəfərə stasionar müalicə təyin edilmişdir.
Ölkə başçısının bu nəcib təşəbbüsünü böyük rəğbətlə qarşılayan rayon sakinləri onların sağlamlıqlarının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video