31 Dekabr 2011 01:12
639
CƏMİYYƏT
A- A+

Neftçilər məcburi köçkünləri təbrik etdilər

 

ARDNŞ-in daim diqqət mərkəzində saxladığı sosialyönümlü məsələlər sırasında erməni işğalçıları tərəfindən doğma yurd-yuvalarından didərgin salınmış həmvətənlərimizə qayğı göstərilməsi xüsusi əhəmiyyət daşıyır.

Bayramlar ərəfəsində qaçqın və məcburi köçkün ailələrinə maddi və humanitar yardımlar göstərilməsi, onlara sovqatların göndərilməsi ARDNŞ-də heç vaxt unudulmur. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Ağdam rayonu ''Dördyol 1, 2'', ''Təzəkənd'' qəsəbələrində və Dördyol-Mamırlı ərazisində sığınacaq tapmış 10522 nəfər, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4000 nəfər, Tərtər rayonunda müvəqqəti yaşayışla təmin olunmuş 13000 nəfər qaçqın və məcburi köçkünə, eləcə də Sumqayıt şəhərində məskunlaşmış 1700 nəfər məcburi köçkün və şəhid ailəsi üzvlərinə ümumi çəkisi 236,7 tona yaxın ərzaq yardımı edilib. Bayram sovqatına düyü, şəkər tozu, çay, un, yağ və digər zəruri ərzaq məhsulları daxildir.

Məcburi köçkünlərlə görüşlər keçirən şirkət nümayəndələri onları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, problemləri ilə maraqlanıblar.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video