09 Iyul 2021 01:03
1517
İDMAN
A- A+

“Neftçi” qələbə ilə başladı

 

Futbol üzrə Azərbaycan çempionu “Neftçi” (Bakı) Avropa Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk matçında Gürcüstan təmsilçisi “Dinamo” (Tbilisi) ilə qarşılaşmışdır.

Tbilisidəki “Boris Payçadze” stadionunda keçirilən qarşılaşmanı israilli baş hakim David Fuksman idarə etmişdir. İlk dəqiqələrdən həyəcanlı görünən “Neftçi”nin futbolçuları tez-tez ötürülmələrdə səhv edirdi. Bu səbəbdən rəqib bakılıların qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yarada bilmişdir. Lakin 23-cü dəqiqədə Namiq Ələsgərov fərdi ustalıq nümayiş etdirərək oyunda hesabı açmışdır. Bundan sonra gürcülər bir az da təzyiqi artırmışdır. Qapıçımız Aqil Məmmədov bir neçə dəfə komandanı qoldan xilas etmişdir. Ancaq 36-cı dəqiqədə “Dinamo”nun hücumçusu Zoran Maruşiç güclü zərbə ilə hesabı bərabərləşdirmişdir - 1:1. Birinci hissə bu hesabla başa çatmışdır. İkinci hissədə “Neftçi” oyunda tarazlıq yaratmağa müvəffəq olmuşdur. 57-ci dəqiqədə meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edilmişdir və kapitan Emin Mahmudov bu şansı qaçırmamışdır. Hər iki komandanın cəhdlərinə baxmayaraq, bundan sonra hesab dəyişməmişdir və “Neftçi” Çempionlar Liqasına 2:1 hesablı qələbə ilə başlamışdır. Komandalar arasında cavab görüşü iyulun 14-də Bakıda keçiriləcək. Qarşıdurmanın qalibi ikinci təsnifat mərhələsində Yunanıstanın “Olimpiakos” klubu ilə görüşəcək.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video