16:46 12 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
00:55 11.04.2021

Zamanın bayraqdarı


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Neftçalada şəhid ailələri ziyarət edilir

ANA SƏHİFƏ / CƏMİYYƏT
02:50 06.03.2021

 

Neftçala Rayon Heydər Əliyev Mərkəzinin və “Loqos” Psixologiya Mərkəzinin əməkdaşları karantin rejiminin qaydalarına riayət olunmaqla şəhid ailələrini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Neftçala şəhərində yaşamış, Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş kəşfiyyatçı kapitan Əsgərov Samid Gülmalı oğlunun və Əsədov Əsəd Camaləddin oğlunun, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlmiş Xüsusi Təyinatlı Qoşunların döyüşçüsü, şəhid Əzizov Xəyyam Əli oğlunun və Neftçala rayonunun Xolqarabucaq kəndindən olan Xüsusi Təyinatlı Qoşunların baş çavuşu, şəhid Cəfərov Səid Zəfər oğlunun ailəsi ilə görüşdə çıxış edən mərkəzin direktoru Könül Məmmədova və psixoloq Nigar Məmmədova Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbəmizdən, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından danışıblar.

Vətən müharibəsinin qazisi, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülmüş Rüfət Ramazanlı şəhid ailələrinə səbir diləyərək, insanda ən müqəddəs duyğunun Vətən sevgisi olduğunu bildirib.

Psixoloq Nigar Məmmədova şəhid ailələri ilə söhbət edərək  dərdlərinə məlhəm olmağa çalışıb. Şəhid Samid Əsgərovun atası Gülmalı Əsgərov, Əsəd Əsədovun atası Camaləddin Əsədov, Xəyyam Əzizovun atası Əli Əzizov və Səid Cəfərovun atası Zəfər Cəfərov ölkəmizdə müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM