07 Oktyabr 2011 07:10
360
Nazirlər Kabineti
A- A+

Nazirlər Kabinetində Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin işgüzar konfransının iştirakçıları ilə görüş keçirilmişdir

 

Oktyabrın 6-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin Bakıda keçirilən işgüzar konfransının iştirakçılarından bir qrupunu qəbul etmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, konfrans iştirakçılarını salamlayan Baş nazir Artur Rasizadə müstəqilliyimizin bərpasının iyirminci ildönümünü qeyd edən Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsini, iş adamları üçün münbit şəraitin yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd etmişdir. Azərbaycanın Baş naziri son illər aparılan uğurlu iqtisadi islahatlar nəticəsində ölkəmizin regionun lider dövlətlərindən birinə çevrilməsi prosesində sənayeçilərin və sahibkarların da fəal iştirak etdiyini, sənaye potensialının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi üçün onların böyük xidmətlər göstərdiyini vurğulamış, konfransın işinə uğurlar arzulamışdır.

Səmimi qəbula və ölkə iqtisadiyyatı haqqında ətraflı məlumata görə təşəkkürünü bildirən Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi Şurasının sədri Anatoli Kinax konfransın işinə yaradılan yüksək şəraitə görə iştirakçılar adından respublika hökumətinə dərin minnətdarlığını bildirmişdir. Daha sonra qonaqlar ölkəmizin, xüsusən də paytaxt Bakının sürətli inkişafına heyran qaldıqlarını söyləmiş, ölkə rəhbərliyinin ümumən sahibkarlıq fəaliyyətinə münbit şərait yaratdığını məmnunlluqla ifadə etmişlər. Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video