30 Sentyabr 2011 07:09
359
Nazirlər Kabineti
A- A+

Nazirlər Kabinetində görüş

 

Sentyabrın 29-da Nazirlər Kabinetində Baş nazirin birinci müavini Yaqub Eyyubov MDB dövlətlərinin Hökumətlərarası Feldyeger Rabitəsi Əlaqələndirmə Şurasının (HFRƏŞ) 29-cu iclasının iştirakçıları ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Yaqub Eyyubov Azərbaycanın MDB dövlətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafından danışmışdır. Bildirmişdir ki, HFRƏŞ-in Bakı iclası Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə təsadüf edir. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan bu illərdə sürətli inkişaf yolu keçmişdir. Azərbaycan iqtisadiyyatının uğurlarını qeyd edən Y.Eyyubov dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın dinamik inkişafı istiqamətində gördüyü işlərdən söhbət açmışdır. Ölkədə tikinti-quruculuq işlərinin sürətlə getdiyini diqqətə çatdıran Y.Eyyubov  bildirmişdir ki, Azərbaycan artıq regionun lider dövləti kimi özünü birmənalı şəkildə təsdiq etmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin ölkəmiz üçün başlıca problem olduğunu qeyd edən Baş nazirin birinci müavini demişdir ki, respublikamızın müdafiə qabiliyyətinin artırılması, sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsi hökumətin fəaliyyətində prioritet istiqamətlərdən biridir. Feldyeger xidmətinin əhəmiyyətini vurğulayan Y.Eyyubov Azərbaycan rəhbərliyinin bu qurumun fəaliyyətinə xüsusi əhəmiyyət verdiyini nəzərə çarpdırmışdır.

Şuranın sədri Gennadi Kornienko rəhbərlik etdiyi qurumun 29-cu iclasının Bakıda keçirilməsini yüksək qiymətləndirmişdir. İclasın məhsuldar keçdiyini, gündəlikdəki məsələlərlə bağlı səmərəli dialoq aparıldığını diqqətə çatdıran sədr tədbirin Qəbələ şəhərində davam etdiriləcəyini bildirmiş, iclasda HFRƏŞ tərəfindən qəbul ediləcək qərarların imzalanmasının nəzərdə tutulduğunu qeyd etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video