24 Sentyabr 2011 07:09
389
Nazirlər Kabineti
A- A+

Nazirlər Kabineti son günlər yeni qərarlar qəbul etmişdir

 

Nazirlər Kabineti son günlər  yeni qərarlar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən,  Milli Elmlər Akademiyasının və  Təhsil Nazirliyinin təkliflərini nəzərə alaraq  Nazirlər Kabineti özünün 2010-cu il 14 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nda dəyişikliklər edilməsi barədə" qərar qəbul etmişdir.

Qərar sentyabrın 7-dən qüvvəyə minmişdir.

"Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli  fərmanının 2-ci hissəsinin iyirmi dördüncü abzasına əsasən  Nazirlər Kabineti "Ezamiyyə xərclərinin normaları haqqında" özünün  2008-ci il 25 yanvar  tarixli qərarında dəyişikliklər edilməsi barədə" qərar qəbul etmişdir.

"Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli  fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti özünün 2007-ci il 28 avqust tarixli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nda  dəyişiklik edilməsi barədə" qərar qəbul etmişdir.

"Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli  fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti özünün 2008-ci il 19 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda dəyişikliklər edilməsi haqqında" qərar qəbul etmişdir.

Hər üç qərar sentyabrın 20-dən qüvvəyə minmişdir.

"Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə"  Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli  fərmanının icrası ilə əlaqədar Nazirlər Kabineti "Azərbaycan Respublikasının 2012-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2012-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında" qərar qəbul etmişdir.

Qərar sentyabrın 21-dən qüvvəyə minmişdir.

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli  fərmanının 1.14-cü bəndinə əsasən Nazirlər Kabineti özünün 2010-cu il 18 mart tarixli qərarı ilə təsdiq edilmiş "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nda dəyişiklik edilməsi haqqında" qərar qəbul etmişdir.

Qərar sentyabrın 22-dən  qüvvəyə minmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video