19 Noyabr 2011 01:11
480
Nazirlər Kabineti
A- A+

Nazirlər Kabineti noyabr ayında bir neçə yeni qərar qəbul etmişdir

 

Nazirlər Kabineti noyabr ayında  bir neçə qərar qəbul etmişdir. "Patent haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə "Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli  Fərmanının 2-ci hissəsinin ikinci abzasına əsasən Nazirlər Kabineti "Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədilə baxılma Qaydaları"nın təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.

Qərar noyabrın 10-dan - imzalandığı gündən qüvvəyə minmişdir.

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli  Fərmanının 1.3.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası"nın təsdiq edilməsi barədə qərar qəbul etmişdir.

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli  163-IVKQD nömrəli Konstitusiya Qanununun tətbiqi haqqında"  Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 8 avqust tarixli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti özünün 2003-cü il 13 may tarixli qərarı ilə təsdiq edilmiş "Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Nizamnamə"də dəyişiklik edilməsi barədə qərar qəbul etmişdir.

Hər iki  qərar noyabrın 11-dən - imzalandıqları gündən qüvvəyə minmişdir.

"İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli  Fərmanının 1-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında qərar qəbul etmişdir. Qərar noyabrın 17-dən - imzalandığı gündən qüvvəyə minmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda, həmçinin AzərTAc-ın www.azertag.com internet resursunda tanış olmaq mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video