05 Avqust 2021 00:45
714
İDMAN
A- A+

Nazim Babayev çox üzgündür

 

“Bunu qəbul etmək çox çətindir. Ən çox üzüldüyüm isə mənə dəstək olanların, bütün Azərbaycan xalqının etimadını doğrulda bilməməyimdir”. Bunu Azərbaycan atleti Nazim Babayev özünün şəxsi “İnstaqram” səhifəsində yazıb.

XXXII Yay Olimpiya Oyunlarında üç təkanla tullanma növündə finala yüksələ bilməyən idmançı ilk növbədə ona dəstək olan insanlara təşəkkür edib: “Hər kəsə, ailəmə, dostlarıma, məşqçimə və bütün Azərbaycan xalqına öz dərin minnətdarlığımı bildirirəm. Bütün yazılan mesajları, xoş sözləri görürəm və sizə dəstəyinizə görə hədsiz dərəcədə minnətdaram”.

Karyerasının ikinci Olimpiadasının geridə qaldığını söyləyən N.Babayev bu dəfə də çıxışının uğurlu olmadığını vurğulayıb: “4 ay müddətində ardıcıl zədələr, uzun müddət yarışlarda çıxış edə bilməməyim uğursuzluğa gətirib çıxardı. Amma içimdəki hiss məni heç bir halda təslim olmağa qoymaz. Heç bir halda yolumdan dönmərəm. Bu, hələ son deyil. Mən heç yana getmirəm. Bir az istirahətdən sonra yeni mövsümə hazırlıq başlayacaq. Qarşıdakı 3 il müddətində var gücümlə çalışacağam və biz sizinlə Parisdəki Olimpya Oyunlarında görüşəcəyik”.

Qeyd edək ki, Nazim Babayev Olimpiadada 32 idmançı arasında 15-ci yeri tutub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video