21 Avqust 2021 00:42
1301
Səhiyyə
A- A+

Naxçıvanda Aşura günündə keçirilən qanvermə aksiyalarında  504 donordan qan götürülüb

 

Muxtar respublikada Aşura günü qanvermə aksiyaları keçirilib.

AZƏRTAC xəbər verir ki, Aşura günündə ənənəvi keçirilən qanvermə aksiyaları ötən il olduğu kimi, bu il də pandemiya səbəbindən məscidlərdə deyil, səhiyyə müəssisələrində - Naxçıvan Muxtar Respublika Xəstəxanasında, Diaqnostika-Müalicə Mərkəzində, rayon mərkəzi xəstəxanalarında, eləcə də Kəngərli rayonunun  Xok, Qarabağlar kənd  həkim ambulatoriyalarında, Culfa rayonundakı Bənəniyar, Babək rayonundakı Qahab, Zeynəddin kənd  həkim ambulatoriyalarında, Cəhri, Nehrəm qəsəbə sahə xəstəxanalarında təşkil olunub.

Sosial məsafə gözlənilməklə sanitar-gigiyena qaydalarına ciddi əməl edilib, donorların və tibb işçiləri üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Həkim briqadaları əvvəlcə donorlar üzərində koronavirus, arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün müayinələr aparıb, sonra müvafiq qan qruplarına uyğun qan götürülüb. Sakinlər könüllü olaraq qanvermə aksiyasında iştirak ediblər.

Günorta saatlarınadək davam edən aksiyada Naxçıvan Muxtar Respublika Xəstəxanasında 77 nəfərdən 38,5, Diaqnostika-Müalicə Mərkəzində 39 nəfərdən 19,5, Ordubad rayonunda 27 nəfərdən 13,5, Şərur rayonunda 54 nəfərdən 27, Sədərək rayonunda 30 nəfərdən 15, Şahbuz rayonunda 50 nəfərdən 25,  Kəngərli rayonunda 70 nəfərdən 35, Babək  rayonunda 93 nəfərdən 49,6, Culfa rayonunda 64 nəfərdən 32 litr qan götürülüb.

Ümumilikdə 504 nəfərdən götürülən 255,1 litr qan qrupları müəyyənləşdirilərək Qan Bankına təhvil verilib.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video