21 Iyun 2012 01:06
565
Səhiyyə
A- A+

Naxçıvanda açıq ürək əməliyyatları keçirilmişdir

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-Damar Xəstəlikləri Mərkəzinin 30 nəfərlik heyətdən ibarət yüksək ixtisaslı kardiocərrahiyyə briqadası ölkəmizdə artıq ənənəvi hal alan daha bir aksiyanı Naxçıvan Muxtar Respublikasında keçirmişdir.

Aksiya çərçivəsində 25-ə yaxın açıq ürək əməliyyatı, eləcə də koronar angioqrafiya, exokardioqrafiya və elektrokardioqrafiya müayinələri aparılmışdır. Həmçinin Naxçıvan Dövlət Universitetində bu ali məktəbin rektoru  akademik İsa Həbibbəylinin, Naxçıvan MR səhiyyə naziri Niyazi Novruzovun, tibb mərkəzində və ətraf rayonlarda işləyən həkimlərin iştirakı ilə Milli Qurtuluş Gününə həsr olunmuş "Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi" mövzusunda 5-ci regional elmi-praktiki konfrans keçirilmişdir.

Mərkəzi Neftçilər Xəstəxanası Ürək və Damar Xəstəlikləri Mərkəzinin müdiri, tibb elmləri namizədi Rəşad Mahmudovun, invaziv radioloq, doktor Ahmet Memişin, anestezioloq-reanimatoloq, doktor Ermanno Mazzanın, invaziv kardioloq, tibb elmləri namizədi Şahin Xəlilovun, anestezioloq-reanimatoloq, tibb elmləri namizədi Qulam Rüstəmzadənin məruzələri dinlənilmişdir. Konfransda abdominal aortanın xəstəlikləri, ürək çatışmazlığı, beyin ölümü və ürək-ağciyər reanimasiyası mövzusunda mühazirələr dinlənilmiş və diskussiyalar aparılmışdır. Konfransın sonunda iştirakçılara sertifikatlar verilmişdir.

Aksiya çərçivəsində tibb mərkəzinin poliklinaka şöbəsində "Ürək və Damar Xəstəliklərinin Risk Amillərinin Epidemiolojik Tədqiqatı" proqramı daxilində Naxçıvan Muxtar Respublikasında yaşayan əhalidən 250 nəfər müayinə olunmuşdur. Müayinə edilən insanlarda gizli keçən ürək xəstəlikləri və onların risk amilləri araşdırılmışdır. Ürək xəstəliyi aşkarlanan xəstələrin sonrakı müayinə və müalicələri təşkil olunmuşdur.

 

Nərmin CƏFƏROVA

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video