12:04 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Naxçıvan şəhərindəki 17 nömrəli tam orta məktəbin binası istifadəyə verilmişdir
ANA SƏHİFƏ / TƏHSIL
02:05 06.05.2012
 

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə təhsil infrastrukturunun təkmilləşdirilməsinə xüsusi diqqət yetirilmiş, yüzlərlə məktəb binası tikilərək istifadəyə verilmiş, bu sahənin maddi-texniki bazası gücləndirilmişdir. Ulu öndərin müəyyənləşdirdiyi təhsil strategiyası Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir, hər il onlarla yeni məktəb binası tikilərək müəllim və şagirdlərin istifadəsinə verilir.

Mayın 4-də - ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ərəfəsində Naxçıvan şəhərindəki 17 nömrəli tam orta məktəbin binası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev bildirmişdir ki, muxtar respublikada təhsil sahəsində həyata keçirilən tədbirlər 2011-2012-ci tədris ilində də davam etdirilmiş, ümumtəhsil məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilmişdir. Hazırda Naxçıvan şəhərində 10 nömrəli, Şərur rayonunda Aralıq, Dərəkənd, Danyeri, Qarxun, Babək rayonunda Nehrəm kənd 1 nömrəli, Kərimbəyli, Ordubad rayonunda Yuxarı Əylis, Parağa, Behrud, Culfa rayonunda Ləkətağ, Şahbuz rayonunda Biçənək, Ağbulaq, Kəngərli rayonunda Çalxanqala kənd tam orta məktəb binalarının tikintisi davam etdirilir.

Təhsil naziri qeyd etmişdir ki, son illər ümumtəhsil məktəblərində fərqlənən şagirdlərə 405 kompyuter dəsti hədiyyə edilmiş, məktəb kitabxanalarına 1 milyon 471 min dərslik, 620 mindən artıq bədii ədəbiyyat verilmiş, 12 məktəb "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin, 20 müəllim isə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşdur.

Məktəbin müəllimi Gülçöhrə Babayeva çıxışında təhsilin inkişafına göstərilən dövlət qayğısından danışaraq qeyd etmişdir ki, muxtar respublikamızın hər yerində yeni məktəb binaları tikilir və ən müasir avadanlıqla təchiz olunur. Tikilən və ya əsaslı şəkildə yenidən qurulan məktəb binalarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi təhsilin keyfiyyətinin yüksəldilməsinə səbəb olmuşdur. Göstərilən diqqət və qayğıya görə kollektiv adından minnətdarlığını bildirən Gülçöhrə Babayeva bundan sonra da səylə çalışacaqlarına, yüksək intellektli gənclər yetişdirəcəklərinə söz vermişdir.

Açılış tədbirində məktəblilər ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş şeirlər söyləmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 17 nömrəli tam orta məktəbin yeni binasının ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünün qeyd olunduğu ərəfədə istifadəyə verildiyini bildirmiş, bu münasibətlə məktəbin kollektivini təbrik etmişdir.

Ulu öndərin "Təhsil millətin gələcəyidir" fikrini xatırladan Ali Məclisin sədri demişdir: Yeni məktəb binasının istifadəyə verilməsi təhsili millətin gələcəyi hesab edən dahi şəxsiyyətin doğum gününə ən dəyərli töhfədir. Ümummilli liderin yolunu uğurla davam etdirən hörmətli Prezidentimiz deyir ki, "Biz Azərbaycanın qara qızılını insan kapitalına çevirəcəyik". İnsan kapitalı isə ümumtəhsil məktəblərində formalaşdırılır. Ona görə də ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirilir, bu sahənin maddi-texniki bazası gücləndirilir. Bütün bunları 17 nömrəli tam orta məktəbin timsalında da görmək olar. 936 yerlik məktəb binasında perspektiv də nəzərə alınmış, tədris üçün hər cür şərait yaradılmışdır. Burada geniş və işıqlı sinif otaqları, kimya, biologiya, fizika laboratoriyaları, hərbi kabinə, 4 elektron lövhəli sinif, internetə qoşulmuş 57 kompyuter, kitabxana, idman zalı müəllim və şagirdlərin istifadəsinə verilir. Bu da məktəbdə şagirdlərin hərtərəfli təhsil almasına, savadlı, intellektli gənc kimi böyümələrinə, gələcəkdə dünyanın istənilən universitetində ali təhsillərini davam etdirmələrinə imkan verəcəkdir. Ona görə də müəllimlər yaradılan şəraitdən səmərəli istifadə etməli, gələcəyimiz olan gənclərin yetişdirilməsində səy və bacarıqlarını əsirgəməməlidirlər.

Məktəbin pedaqoji kollektivinin fəaliyyətini yüksək qiymətləndirən Ali Məclisin sədri demişdir ki, 2010-2011-ci tədris ilində məktəbi bitirən 36 məzundan 10-u ali məktəblərə, 4-ü Naxçıvan Tibb Kollecinə, 4-ü Heydər Əliyev adına Hərbi Liseyə, 1-i isə IX sinif təhsil bazasından Naxçıvan Dövlət Texniki Kollecinə qəbul olunmuşdur. Bu nailiyyətlər məktəbdə hazırkı şərait olmadan qazanılmışdır. Lakin bu gün yaradılan ən müasir tədris şəraiti imkan verəcəkdir ki, məktəb uğurlarını daha da artırsın, təhsil ocağında savadlı və vətənpərvər gənclər yetişdirilsin.

Ümummilli liderin doğum günü ərəfəsində muxtar respublikanın ümumtəhsil məktəblərində təhsil alan 100 əlaçı şagirdə kompyuter dəstinin hədiyyə olunacağını bildirən Ali Məclisin sədri onlara təhsildə qazandıqları nailiyyətə görə təşəkkür etmiş, məktəbin kollektivinə gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Sonra Ali Məclisin sədri muxtar respublikanın ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan şagirdlərə 100 kompyuter dəsti hədiyyə etmişdir.

Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur.

Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binanın birinci, ikinci və üçüncü mərtəbələrində 52 sinif otağı vardır. Binanın zirzəmisində isə fənn kabinələri, tibb otağı, bufet, qazanxana, qarderob və anbar yerləşir.

Ali Məclisin sədri məktəbdə birincilərin dərs prosesi ilə maraqlanmışdır. Qeyd olunmuşdur ki, məktəbdə 450 şagirdin təhsili ilə 75 müəllim məşğul olur. 2011-2012-ci tədris ilində birinci sinfə 31 şagird qəbul olunmuşdur.

Muxtar respublikanın orta məktəb kitabxanalarının bədii və elmi ədəbiyyatla təchiz olunması şagirdlərin mütaliə imkanlarını artırır. Bu təhsil ocağının kitabxanasında da 6342 latın qrafikalı dərslik və 4524 bədii ədəbiyyat olmaqla 10 min 866 kitab vardır. Kitabxanaya bir  kompyuter qoyulmuş, hər həftənin cümə günü "Kitabxana günü" elan olunmuşdur. Ali Məclisin sədri mütaliənin, bədii ədəbiyyatdan istifadənin əhəmiyyətini qeyd etmiş, şagirdlərin kitabxanalara cəlb olunmasına xüsusi diqqət yetirməyin vacibliyini bildirmişdir.

Son illər məktəblərin kompyuterləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər daha intensiv xarakter almış, orta məktəblərdə yeni kompyuter dəstləri quraşdırılmış, elektron lövhəli siniflər yaradılmışdır. Məktəbdəki 3 kompyuter otağında 57 kompyuter dəsti quraşdırılmışdır.

Məktəbdə hərbi dərslərin keyfiyyətlə tədris olunması üçün hər cür şərait yaradılmışdır. Burada mühəndis, atəş, tibbi və sıra hazırlıqları, hərbi topoqrafiya şagirdlərə yüksək səviyyədə öyrədilir. Şagirdlər arasında hərbi sənətə maraq yüksəkdir. Bu il məktəbin şagirdlərindən 15 nəfəri Heydər Əliyev adına Hərbi Liseyə, 5 nəfəri isə ali hərbi məktəblərə sənəd vermişdir.

Muxtar respublikanın ümumtəhsil məktəblərində yaradılan idman zalları şagirdlərin fiziki tərbiyəsində mühüm əhəmiyyətə malikdir. 17 nömrəli tam orta məktəbdə də idman dərslərinin yüksək səviyyədə tədris olunması üçün bütün imkanlar yaradılmış, müasir idman zalı istifadəyə verilmiş, həyətdə açıq idman qurğuları quraşdırılmışdır.

Müəllimlərlə səmimi söhbət zamanı Ali Məclisin sədri təhsilin inkişafı istiqamətində bundan sonra da lazımi tədbirlərin həyata keçiriləcəyini, yaradılan şəraitdən, göstərilən diqqət və qayğıdan hər bir təhsil işçisinin lazımi səviyyədə istifadə etməsinin vacibliyini bildirmişdir. Müəllimlər yaradılan şəraitə, göstərilən qayğıya əməli işləri ilə cavab verəcəklərini bildirmişlər.

Binanın həyətində abadlıq işləri aparılmış, əraziyə gül kolları və ağaclar əkilmiş, işıqlandırma sistemi quraşdırılmışdır.

Tikinti işləri həyata keçirilərkən Əziz Əliyev küçəsindən məktəbə qədər olan 900 metr məsafə asfaltlanmış və səki salınmış, yolun hər iki tərəfində ümumilikdə 280 metr hasar çəkilmişdir. Həmçinin ərazidəki elektrik xətləri və dirəkləri yenilənmiş, transformator yarımstansiyası quraşdırılmış, 550 metr uzunluğunda rabitə xətləri yeraltı kabellərlə əvəz olunmuşdur.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM