17 Sentyabr 2021 16:10
675
SİYASƏT
A- A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş  

Sentyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri nümayəndə heyətini salamlayıb, Naxçıvanın Türk dünyasının mərkəzində yerləşdiyini və mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Ölkələrimiz arasındakı qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərindən danışan Ali Məclisin Sədri Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” kəlamlarının Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini ifadə etdiyini bildirib və İkinci Qarabağ müharibəsində Türkiyənin göstərdiyi siyasi dəstəyə diqqəti çəkib.

Azərbaycan-Türkiyə əlaqələrinin türk cümhuriyyətlərinin birliyinə xidmət etdiyini bildirən Ali Məclisin Sədri Türkiyə Böyük Millət Məclisində Azərbaycanla bağlı müzakirə olunan bütün məsələlərin yekdilliklə qəbul edilməsinə görə nümayəndə heyətinə təşəkkür edib.

Səmimi qəbula görə minnətdarlıq edən Şamil Ayrım nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfərinin önəmini vurğulayıb və 44 günlük Vətən müharibəsindən sonra Naxçıvanda olmaqdan məmnunluğunu bildirib. İkinci Qarabağ müharibəsində qazanılan tarixi Qələbə münasibətilə təbriklərini çatdıran qonaq ölkələrimiz arasındakı ikitərəfli münasibətləri diqqətə çatdırıb, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin bu baxımdan əhəmiyyətini qeyd edib.

Sonda xatirə şəkli çəkdirilib.

Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz görüşdə iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video