10:42 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


00:10 20.10.2021

20 oktyabr


00:06 20.10.2021

Dördgünlük iş həftəsi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Naxçıvan Dövlət Universitetinin saytının təqdimatı olmuşdur
ANA SƏHİFƏ / TƏHSIL
01:06 23.06.2012

 

Naxçıvan Dövlət Universitetində (NDU) ali məktəbin yenilənmiş rəsmi internet səhifəsinin təqdimat mərasimi keçirilmişdir. www.ndu.edu.az internet səhifəsi universitetin informasiya-kommunikasiya texnologiyaları (İKT) şöbəsi və "MEQA" MMC şirkəti tərəfindən hazırlanmışdır.

AzərTAc xəbər verir ki, bu münasibətlə təşkil olunan tədbirdə universitetin rektoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli müasir dünyamızda informasiya-kommunikasiya texnologiyalarının əvəzolunmaz rolundan, ali məktəbdə bu sahədə həyata keçirilən layihələrdən danışmışdır.

İ.Həbibbəyli demişdir ki, ali təhsil ocağında müasir İKT uğurla tətbiq olunur, universitetin bütün struktur bölmələri müasir kompyuterlərlə təchiz olunmuş və burada tələbələr yüksək keyfiyyətli internet şəbəkəsindən faydalanırlar ki, bu da tədrisin keyfiyyətini daha da artırır. NDU-da təşkil olunan videokonfranslar  universitetin dünyanın aparıcı təhsil müəssisələri ilə inteqrasiya olunması prosesinin uğurla həyata keçirilməsinə xidmət edir.

NDU-nun informasiya-kommunikasiya texnologiyaları şöbəsinin müdiri Xaliq Babayev sayt haqqında məlumat verərək bildirmişdir ki, burada məlumatlar Azərbaycan, ingilis və rus dillərində yerləşdirilmişdir. Saytda universitetin tarixi, struktur bölmələri, mərkəzləri, muzeyləri, tələbə təşkilatları, elmi kitabxanası, elektron kataloq sistemi, elm və təhsil, sosial-mədəni mühitdə baş verən yeniliklər haqqında məlumatlar əldə etmək mümkündür.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM