24 May 2013 03:05
424
PARLAMENT
A- A+

NATO PA Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir

 

Mayın 23-də Milli Məclisin Sədri Oqtay Əsədov Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin illik konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan NATO Parlament Assambleyasının prezidenti Hu Beyli və NATO PA-nın sədr müavini, NATO PA-nın Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini Julio Fransisko Miranda Kalha ilə görüşdü.

Qonaqları salamlayan Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanın NATO ilə əlaqələrə önəm verdiyini dedi. O, qeyd etdi ki, NATO PA-nın üzvü olan ölkəmiz bu qurumla fəal əməkdaşlıq edir. Azərbaycanın NATO PA-dakı nümayəndə heyəti bu təşkilatın işində fəallıq göstərir. NATO PA Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir.

Milli Məclisin Sədri Oqtay Əsədov NATO-nun "Rouz Roud" seminarının 2014-cü ildə Bakıda keçirilməsi ilə bağlı qəbul edilən qərara görə təşəkkürünü bildirdi. Sədr seminarın ölkəmizdə yüksək səviyyədə keçiriləcəyini qonaqların diqqətinə çatdırdı.

Görüş üçün təşəkkürünü bildirən NATO Parlament Assambleyasının prezidenti Hu Beyli Azərbaycana səfər etməkdən məmnun olduğunu dedi. Tərəfdaş ölkələrin NATO PA-da təmsil olunmasını yüksək qiymətləndirən Hu Beyli ölkəmizin nümayəndə heyətinin bu qurumun işində fəal fəaliyyət göstərdiyini xüsusi qeyd etdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edildi.

 

Rəşad CƏFƏRLİ,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video