09 May 2021 01:45
1047
CƏMİYYƏT
A- A+

Müzəffər Ordumuzun memarı

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Müzəffər Ordumuzun memarı!” adlı onlayn tədbir keçirilib.

Xidmət rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müəllifliyi ilə qurulan müstəqil Azərbaycan Respublikasının bu gün  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yüksək məharətlə gerçəkləşdirdiyi müdrik daxili və xarici siyasəti nəticəsində hərtərəfli inkişaf edərək modern dövlətə çevrilərək, parlaq tərəqqi və qüdrətli dövlətçilik dövrünü yaşamasından danışıb. Bildirib ki, Ulu Öndərin gərgin əmək və zəhməti bahasına əsası qoyulmuş, tətbiq etdiyi döyüş taktikası dünyanın aparıcı ölkələri tərəfindən bu gün diqqətlə öyrənilən rəşadətli Milli Ordumuz yüksək döyüş qabiliyyəti və ən müasir silahları ilə XXI əsrdə tarix yazdı. Müzəffər Ali Baş Komandan kimi cənab Prezidentin cəsur sərkərdəliyi altında ötən il 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan ordusu tamamilə darmadağın edildi. Müasir tariximizin ən şərəfli səhifəsi olan Vətən müharibəsi Böyük Zəfərlə nəticələndi.

Xidmətin idarə rəisi, mayor Füzuli İsmayılov ölkəmizin dinamik inkişafının, o cümlədən müasir silahlarla təmin edilmiş, yüksək döyüş hazırlıqlı Silahlı Qüvvələrimizin möhkəm təməlinin dahi şəxsiyyət Heydər Əliyevin prezidentliyi dövründə qoyulduğunu vurğulayıb.

Tədbir hərbi ekspert, KİV nümayəndələri və vətəndaş cəmiyyəti nümayəndələrinin çıxışları ilə davam etdirilib. Çıxış edənlər Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər. Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi altında hərb quruculuğu sahəsində həyata keçirilmiş islahatlar, müasir Silahlı Qüvvələrimizin dünyanın

50  qüdrətli  orduları sırasında olması diqqətə çatdırılıb. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu strategiyasının alternativsizliyi bir daha vurğulanıb.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video