09 Fevral 2021 12:34
760
Səhiyyə
A- A+

Mutant viruslar daha çox yoluxucu olsa da, onların ölümə səbəbolma ehtimalı azdır

 

Ötən bir neçə həftə ərzində dünyada koronavirusa yoluxma hallarının azaldığını müşahidə etmişik. Bu, ümidverici xəbərdir. Eyni zamanda, dünyanın müxtəlif yerlərində virusun yeni variantlarının müəyyən edildiyini görürük. Onların bəzisi daha sürətlə yoluxur. Ona görə bu, narahatlığa səbəb olan təmayüldür.

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə sözçüsü Tarik Jasareviç deyib.

Onun sözlərinə görə, ölkə rəhbərləri əhalini qorumaq üçün əllərindən gələni edirlər. Bu, öz növbəsində sosial-iqtisadi fəsadlara da səbəb olur. 2021-ci il başlayandan bəri isə yeni vaksinlər, diaqnostika üsulları ilə yeni ümidlərin yarandığını görürük. Lakin bu, müəyyən bir vaxt alan prosesdir. Ölkələr vaksinlərin tətbiq olunmasına başlanılması fonunda virusun yayılmasının qarşısını almaq üçün əlindən gələni etməlidir. Vaksinlər COVID-19-a qarşı mübarizədə güclü vasitə olacaq.

Təşkilatın nümayəndəsi bildirib ki, ÜST pandemiyanın ilk günlərindən vaksinlərin hər kəsə əlçatan olması üçün bir mexanizm yaratmağa çalışır: “Çünki inanırıq ki, vaksinlərin əlçatan olması pandemiyaya nəzarəti qısa vaxtda ələ almaq üçün ən doğru tədbirdir. Bu, eyni zamanda, iqtisadiyyatların ən qısa vaxtda bərpası yoludur. Hər hansı bir ölkədə virusa yoluxma riski yüksək olan insanların, səhiyyə işçilərinin, yaşlıların peyvənd olunmasına mane olduqca orada yoluxma bitməyəcək. Ona görə də ÜST və onun tərəfdaşları COVAX müəssisəsini işə salıb. Ümid edirəm ki, həmin müəssisə qarşıdakı həftələr və ya bir neçə ay ərzində vaksin ala bilməyən ölkələri peyvəndlə təmin etməyə başlayacaq.

Müəyyən ölkələrdə lisenziya alan hər hansı bir vaksinin əks təsirinin olub-olmaması ilə bağlı yaxından müşahidə aparırıq. İndiyə qədər həmin vaksinlərdən hər hansı birinin ciddi əks-təsir yaratdığını görməmişik. Biz bütün istehsalçılardan onların vaksinləri ilə bağlı məlumatlar alır, onlar əsasında dərhal COVAX müəssisəsində peyvəndlərin istifadəyə yararlı olub-olmadığını müəyyən edirik. Vaksinlərin keyfiyyətini dəyərləndirmək və bütün ölkələrə çatdırılması üçün tərəfdaşlarımızla lazımi hazırlıqlar görürük”.

O, virusun müəyyən vaxt ərzində dəyişməsi və özünü şəraitə uyğunlaşdırmasının normal hal olduğunu qeyd edib: “COVID-19-un aramızda qalmasına nə qədər çox imkan versək, o, bir o qədər də mutasiyaya uğrayacaq. Məlum olduğu kimi, bir neçə mutasiya faktı qeydə alınıb. Həmin prosesləri mütəmadi olaraq izləyirik. Bu işə baxan alimlərdən ibarət xüsusi qrupumuz var. Son dövrlərdə müxtəlif ölkələrdə koronavirusun dəyişmiş variantları ortaya çıxıb. Onların yoluxuculuğu daha yüksəkdir. Ona görə virusun həmin xüsusiyyətini də izləməliyik. İndiyə qədər hazırlanan vaksinlərin nə dərəcədə təsirli olduğunu bilməliyik. Bizə məlum olan informasiyaya əsasən, mutant viruslar daha çox yoluxucu olsa da, onların ölümə səbəbolma ehtimalı daha azdır. Koronavirusun orijinal variantlarına qarşı təsirli mübarizə tədbirləri mutant növlərə qarşı da effektlidir. Ona görə də bir tərəfdən vaksin ehtiyatlarını artırarkən digər yandan mübarizə tədbirlərini davam etdirməliyik.

İndiyədək hər kəsə, xüsusilə risk qrupuna daxil olan səhiyyə işçilərinə, yaşlılara vaksin vurulmasını tövsiyə etmişik. İnfeksiyadan yaranan immunitetin nə qədər davam etdiyini bilmirik. Ona görə də COVID-19-a yoluxub sağalanların peyvənd olunması məsləhət görülür. Çünki koronavirusa yoluxanlarda orqanizm virusa qarşı anticisim formalaşdırır. Lakin onların təkrar yoluxmaya kimi nə qədər davamlı olduğu məlum deyil”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video