02 Mart 2014 01:03
551
Oxucu məktubları
A- A+

Müştərini aldadan özünü aldadır

 

Bir neçə gün bundan əvvəl bir neçə tanışımdan soruşdum ki, "istehsalçı" və "istehlakçı" nə deməkdir. Birinci sözün mənasını hamı bilsə də, ikincini bilmədilər. Bu gün həqiqətən də "istehlakçı" sözünün mənasını çoxu bilmir. Baxmayaraq ki, hər birimiz - kiçikdən tutmuş böyüyədək müxtəlif məhsulların və xidmətlərin alıcısıyıq, yəni istehlakçısıyıq.

Alıcı kimi müəyyən hüquqlara sahib olsaq da, onların nədən ibarət olması haqqında anlayışımız nədənsə yoxdur. Di gəl ki, bir-birimizə bazardan, supermarketlərdən aldığımız məhsulların keyfiyyətindən elə hey gileylənirik. Qonşumuz deyinir ki, şəkəri var, ancaq  qara çörək tapmaqda  çətinlik çəkir. Aldığı çörəyin rəngi qara olsa da, yeyəndə şəkəri qalxır! Çörəyə rəng qatırlar, suya salan kimi ağarır, qarasını tapmaq mümkün deyil.

Məni düşündürən iki məqamdır. Birincisi, neçə dəfə olub ki, aldığım ərzaq məhsulu ya xarab olub, ya da müddəti ötüb. Lakin evdə deyinsəm də, aldığım malı atsam da, onu dükana qaytarıb haqqımı tələb etməyə ərinmişəm. Hamı belədir. Alırıq, istifadə edirik, deyinirik. Dövlətdən küsürük, gileylənirik. Məgər dövlət elə bizim özümüz deyilikmi? Və biz şikayət etməsək, deməsək, kim biləcək ki, alıcı kimi hüququmuz tapdalanır? Haqqımızı tələb etməyi özümüzə ar bilirik. "Hara baxırlar?" deyib  dövlət qurumlarından ağızdolusu gileylənirik.

İkincisi, dövlət  doğrudanmı görmür? Dövlət Metrologiya və Standartlaşdırma Komitəsinin, İqtisadi İnkişaf Nazirliyinin saytlarındakı məlumatlarla tanış oluram. Yoxlamalar, reydlər keçirilir, faktlar ictimaiyyətə təqdim olunur. Hətta cib telefonuma mesaj da gəlib ki, sizin istehlakçılıq hüququnuz pozularsa, 498-15-01, 498-15-04 telefon nömrələrinə zəng edin və ya [email protected] elektron ünvanına müraciət edin.

Belə çıxır ki, istehlakçı hüquqlarının qorunmasında dövlət biz alıcılardan daha fəaldır.

Saxta qara çörək satanlar, keyfiyyətsiz mal istehsal edənlər kifayət qədər üzə çıxarılır, məhsul istehsalına qadağa qoyan şirkətlərin adı verilir. Lakin bütün bu qüsurlar istehlakçının təşəbbüsü ilə yox, dövlət qurumlarının reydləri əsasında üzə çıxarılır. Çörəyin rənginin dəyişməsi üçün isə səməni ununun qatıldığı açıqlanır.

İstehsalçının iki dəfə artıq qazanmaq həvəsi bir tərəfdən başadüşüləndir. Ağ çörək 30 qəpiyədirsə, qara çörəyi iki, hətta üç dəfə bahasına satmaq mümkündür. Deməli, asan qazanc yolu var. Lakin başa düşülməyəni odur ki, məgər istehsalçı bilmirmi ki, müştəri artıq pulu çörəyin rənginə yox, tərkibinə görə ödəyir? Müasir biznesin inkişafı üçün ən vacib amillərdən biri istehsalçının yüksək əxlaq sahibi olması, alıcıya keyfiyyətli məhsul satmasıdır. Qəlp məhsul gec-tez sahibkarı nüfuzdan salacaq, rəqabətdən çıxaracaq, müflis edəcək.

Müştərini aldadan özünü aldadır! Bu, biznesin müqəddəs qanunudur. 

 

Ə.BAYRAMOV,

Quba rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video