25 Iyul 2020 14:04
1010
Elm və texnika
A- A+

Mühəndislər quş kimi uça bilən robot düzəldiblər


Alimlər dünyada ilk dəfə qanadlı robot düzəldiblər. Bu robotlar quşlar və yarasalar kimi uçur, havada süzür və sərt manevr edə bilir. Tədqiqatın nəticələri "Science Robotics” jurnalında dərc edilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Cənubi Avstraliyanın professoru Cavaan Çal deyib: "İrəli və geri uça bilən, fırlanan ornitopterlər mövcuddur. Lakin onlar quş kimi havada süzə bilməyiblər. Biz buna mane olan bütün problemləri həll etdik”.

Son illər konstruktorların və alimlərin yaratdıqları çoxsaylı robotlar müəyyən tapşırıqların öhdəsindən heç də pis gəlmir. Məsələn, "Boston Dynamics” şirkətinin mütəxəssisləri hepard kimi bərk qaçan dördayaqlı robot, kenquru kimi tullana bilən ikiayaqlı robot düzəldiblər.

Leonardo do Vinçinin dövründən bəri ixtiraçılar çalışıblar ki, quşlar və uçan həşəratlar, o cümlədən arılar, kəpənəklər və s. kimi miniatür maşınlar düzəltsinlər. İndiyədək heç kim bu işin öhdəsindən tam gələ bilməyib. Səbəbi onunla əlaqədardır ki, kütləsi kiçik olan canlının və ya onun robosurətinin uçması üçün ölçüyəgəlməz resurslar və səylər tələb olunur.

Cavaan Çal və onun həmkarları miniatür robosurətlərdə qanadların faydalı iş əmsalının aşağı olmasının bir neçə mexanizmini izah ediblər. Bunun nəticəsində Sinqapur və Avstraliyadan olan alimlər 26 qram ağırlığında qanadlı robot düzəldiblər. O, qaranquş və digər kiçik quşlar kimi uça bilər. Robot plastik membrandan olan dörd qanadlı quş formasındadır. Onların hərəkəti xüsusi motorla idarə olunur. Qanadlarla yanaşı, ona quyruq da qoşulub ki, bu da robota havada manevr etməyə, hərəkətin istiqamətini dəyişməyə, sürəti azaltmağa imkan yaradır.

Bu cür robotların müxtəlif iş aspektlərini təhlil edən Cavaan Çal və onun həmkarları müəyyən ediblər ki, enerjinin itməsi daha çox robotların motorundakı oxun bir tərəfdən digər tərəfə rəqs hərəkəti ilə bağlıdır. Alimlər podşipnik dəstini dəyişərək qanadları neylon ilgəkdən asıblar. Bu kiçik dəyişiklik uçuş aparatının faydalı iş əmsalını xeyli artırıb. Belə ki, aparat sadə uçuşa lazım olan enerjidən 40 faiz çox enerji hasil etməyə başlayıb. Ona görə də yeni robot təkcə düz xətt üzrə uçmur, həm də şaquli uçur və oturur, vaxtilə yalnız quşların havada bacardığı mürəkkəb manevrləri edə bilir.

Məqalə müəlliflərinin fikrincə, bu robot ən yaxşı propeller sistemlərindən təqribən 1,3 dəfə çox enerji sərf edir. Motorun oxşar quruluşunu nəzərə alan alimlər güman edirlər ki, onun konstruksiyasında analoji dəyişikliklər aparılması vintli təyyarələri yanacaq sərfi baxımından daha qənaətli edə bilər.

Sinqapur Texnoloji Universitetinin professoru Yaovey Çin deyib: "Biz hələ çox səy göstərməliyik. Adi qaranquş saatda 112 kilometr sürətlə uçur və uçuş zamanı bədənini döndərə bilir, qanad çala bilir. Ona görə də deyə bilərik ki, biz robotda quşun imkanlarının ondabir hissəsini əks etdirə bilmişik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video