22:00 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


00:31 20.06.2021

Stiv Klark sevincək olub


Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində Ulu Öndərin xatirəsi yad olunub
ANA SƏHİFƏ / SİYASƏT
15:09 10.05.2021

 

Mayın 10-da Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin əməkdaşları qruplarla xalqımızın ümummilli lideri, Əbədiyaşar Ali Baş Komandan Heydər Əliyevin anadan olmasının 98-ci ildönümündə idarənin inzibati binasında Ulu Öndərə həsr olunmuş guşəni ziyarət edərək büstü qarşısına qızılgüllər düzüb, xatirəsini hörmət və ehtiramla yad ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçulara dahi liderin hər bir Azərbaycan gənci üçün örnək olan Vətənə, xalqa həsr olunmuş mənalı ömür yolu barədə bir daha ətraflı məlumat verilib və ordu quruculuğundakı müstəsna xidmətləri xatırlanıb.

Fəxarətlə qeyd edilib ki, “Dəmir yumruq” əməliyyatı ilə başlanan Vətən müharibəsində xalqımızın birliyi, həmrəyliyi, Ordumuzun qalibiyyət yürüşü və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində qazanılan möhtəşəm Zəfər məhz Ulu Öndərimizin, Ata vəsiyyətinin arzularının həyata keçdiyi tarixi hadisədir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM