05:15 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin\


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:50 31.07.2021

 

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanmaq üçün ümumqoşun poliqonlarından birinə gəliblər.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik Zakir Həsənova təhsil prosesi çərçivəsində ən yeni nəsil texnikanın istifadəsi üzrə keçirilən dərslərə xüsusi diqqət yetirildiyi məruzə olunub. Bildirilib ki, kurslar zamanı hərbi qulluqçular qoşunların silahlanmasında olan müasir döyüş vasitələrinin taktiki-texniki xüsusiyyətlərini və istifadə qaydalarını öyrənirlər.

Eyni zamanda, hərbi qulluqçular silah və hərbi texnikanın digər müasir nümunələrini də öyrənir, taktikada və döyüş hazırlığının digər fənlərində öz vərdişlərini təkmilləşdirirlər. Qeyd edilib ki, kurslara cəlb olunan gənc zabitlər Vətən müharibəsində iştirak etmiş, döyüş təcrübəsinə malik hərbi qulluqçulardır.

Sonda müdafiə naziri hərbi qulluqçuların tank və piyada döyüş maşınlarında yerinə yetirdikləri təlim tapşırıqlarını və atış məşğələlərini izləyib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM