08:37 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Müdafiə naziri “Dəniz təməl komando kursu”nun buraxılış mərasimində iştirak edib

ANA SƏHİFƏ / SİYASƏT
14:02 21.08.2021

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “Dəniz təməl komando kursu”nun buraxılış mərasimində iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən müdafiə naziri məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun bütün hərbi qulluqçuları kimi, dəniz piyadalarının da şücaətini xüsusi vurğulayan nazir hərbçilərimizin qəhrəmanlıqlarının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

General-polkovnik Zakir Həsənov türkiyəli peşəkar təlimatçıların cəlb olunduğu kursun yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə türkiyəli zabitlərə və bütün heyətə təşəkkürünü bildirib. Nazir Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə böyük töhfə verən belə kursların davam etdiriləcəyini vurğulayıb.

Sonra kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub və məzunlara sertifikatlar təqdim edilib. Kursda fərqlənən hərbi qulluqçular və təlimatçılar fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Buraxılış mərasimi başa çatdıqdan sonra dəniz piyadalarının istifadəsində olan silah və digər hərbi vasitələr nümayiş etdirilib. Məruzə edilib ki, bu silahlar Vətən müharibəsi zamanı da qarşı tərəfin məhv edilməsində geniş tətbiq olunub.

Sonda hərbi hissənin ərazisindəki təlim poliqonunda sualtı hücum və müdafiə bölmələrinin təlim epizodları izlənilib.

Xüsusi təyinatlıların nümunəvi çıxışlarını izləyən müdafiə naziri tapşırıqların daha keyfiyyətli icra edilməsi ilə bağlı komandanlığa müvafiq göstərişlər verib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM