08 Dekabr 2011 01:12
509
Oxucu məktubları
A- A+

Mübariz İbrahimovun adını daşıyan küçənin gecələri də gündüz kimi işıqlıdır

 

Milli Qəhrəmanın adını daşıyan mərkəzi küçədə bir neçə ay bundan öncə başlanan quruculuq-abadlıq və yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir. Burada vətəndaşların təşəbbüskarlığı və fəallığı nəticəsində hasarlar, giriş qapıları yenidən bərpa edilərək rənglənmiş, bordürlər səliqə-sahmana salınmış, küçə boyunca hər iki tərəfdə müasir elektrik dirəkləri ucaldılmış, öz görkəmini tamamilə dəyişmişdir. Bir neçə il bundan öncə başdan-başa gecələr zülmətə çevrilən küçə, indi nura qərq olur. Bu yeni üslubda çəkilən xətlər və eyni zamanda, əkilən ağaclar, gül-çiçək kolları, sözün əsl mənasında, nəinki sakinləri, o cümlədən  həmin mərkəzi küçədən keçənləri  də valeh edir.

Milli Qəhrəmanın adını daşıyan küçə onun adına layiqdir. Mərkəzi küçədə tez-tez rayonun səhiyyə, mədəniyyət, təhsil və eləcə də digər idarə, müəssisə və təşkilatların əmək kollektivləri iməciliklər keçirirlər.

Bu küçələrdə yaşayanlardan Vaqif Məlikov, Məhərrəm Kazımov, Afiq Hüseynov, Balabəy Cəbrayılov, Telman Şirinov və başqaları təmizlik işlərinə xüsusilə böyük diqqət yetirir, əkilən gül-çiçək kollarına və ağaclara qayğı göstərirlər. Şəhər sakinləri  görkəmi ilə seçilən küçədə yaşayanlardan nümunə götürərək, abadlıq işlərini getdikcə artırırlar.

 

Gülmalı MUSTAFA OĞLU,

Heydər Əliyev məktəbinin direktoru,

Biləsuvar rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video