02 Dekabr 2012 12:12
481
Oxucu məktubları
A- A+

Müalicə də var, istirahət də

 

Hörmətli redaksiya!

Bu yaxınlarda 15 gün  Naftalan Sağlamlıq Müalicə və İstirahət Mərkəzində dincəldim. Qısa təbii müalicə kursundan sonra özümü çox gümrah hiss edirəm. Orada həm müalicə, həm də istirahət yüksək səviyyədə təşkil olunub. Həmin vaxt Naftalanda tanış olduğum Ağdaşdan C.Rəhimov, Bakıdan M.Musayev, Gəncədən F.Əliyev və başqaları da həkimlərin diqqətcilliyindən, istirahətin  yüksək səviyyədə təşkilindən razılıq edirdilər.  Naftalanda MDB ölkələrindən gəlmiş xeyli turist vardı. Yaltadan,  Yekaterinburqdan, Xabarovskdan, Moskvadan müalicəyə gələnlər də burada gördüklərinə qibtə ilə yanaşır, müalicənin yüksək səviyyədə aparılmasından ağızdolusu razılıq edirdilər.

Bu da əbəs deyil. Çünki dövlətimiz gücləndikcə, dəyişdikcə sanatoriya tipli müəssisələrin, istirahət mərkəzlərinin siması dəyişir, müasir avadanlıqla təchiz edilir və nəticədə istənilən yerdən gələn qonaq burada özünü dünyanın ən müasir istirahət mərkəzində dincəldiyi kimi hiss edir. Müəssisəyə müştərini müştəri gətirər deyiblər. İndi mən də müalicə almaq, dincəlmək istəyənlərin hamısına  istirahətinin mənalı, müalicənin səmərəli keçməsini arzulayırlarsa, Naftalana gedin deyirəm.

 

İldırım DƏMİRLİ,

Sumqayıt şəhəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video