11 Sentyabr 2021 00:37
1248
Elm və texnika
A- A+

Mövcudluğuna inanmayacağınız məhsullar

 

* Gün keçdikcə günəş enerjisi ilə çalışan cihazların sayı artır. Bunlardan biri də xüsusi printerlərdir. Hələ ki, yalnız bir neçə nüsxəsi olan bu məhsulun kütləvi satışı yaxın illərdə həyata keçiriləcək. Ən müsbət cəhəti isə yığcamlığı, elektrik enerjisi və boya məhsuluna ehtiyacı olmamasıdır. O, günümüzədək təqdim olunan ekoloji cəhətdən ən təmiz printerdir.

* Hava proqnozu verə bilən çətir də tezliklər hər birimiz üçün əlçatan olacaq. Bunun üçün xüsusi sensor ekrana malik çətirə yalnız elektron poçt ünvanı daxil etmək kifayətdir. Çətirin üzərində hava şəraitinin dəyişkənliyini xəbərdarlıq edən xüsusi led işıqlar var.

* Selfi çəkmək son illərin ən populyar vərdişlərindən biridir. Bu prosesi daha da asanlaşdırmaq üçün selfi çubuğu kimi aksesuar da istifadəyə verilib. Lakin bunların içərisində ən rahatı son icad hesab olunan selfi dronlarıdır. Cihaz Çinin “DJI” şirkətinin məhsuludur. Bəhs olunan dron ən təcrübəsiz insanların belə rahat istifadə edəcəyi şəkildə hazırlanıb. Mini pilotsuz təyyarə ovucunuzdan havaya qalxır, üzünüzü tanıyır, əlinizlə verdiyiniz əmrləri qəbul edir, istədiyiniz şəkilləri çəkir və yenidən ovucunuza qayıdır.

* Yaponiyanın tanınmış avtomobil istehsalçılarından biri olan “Nissan” şirkəti çox maraqlı bir yeniliyə imza atıb. Şirkət çarxlı tərlikləri təqdim edib. Bu tərlik insanı təyin etdiyi yerə qədər aparır, geyinmədikdə isə xüsusi qurğu vasitəsilə məsafədən idarə oluna bilir. Bu tərliklər hazırda yalnız Yaponiyanın Hakone şəhərindəki “ProPILOT Park Ryokan” hotelində isifadə olunur.

* “Myo Armband” bütün elektron cihazlarla işləyə bilən universal bir pultdur. Bu qolbaq içərisində olan sensorlar sayəsində qolun hərəkəti zamanı əzələlərdən keçən elektrik enerjisini “oxuyur” və ətrafdakı cihazları istifadə etməyinizə imkan verərək qol hərəkətləri vasitəsilə xüsusi əmrlər verir.

* Görənləri təəccübləndirən digər bir məhsul isə “sehrli” zibil qutusudur. Qutunun üzərində içərisinə atdığınız hər şeyi qeyd edən kiçik bir kamera və barkod oxuyucusu var. Bütün tullantılar haqqında məlumatlar xüsusi sayta, yəni sifarişlərinizin hazırlandığı və sizə təhvil verildiyi yerə göndərilir. Beləliklə də, alış-veriş siyahısına ehtiyac qalmır. Tullantılarınıza əsasən sayt bunu özü tənzimləyir.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video