05 Oktyabr 2021 13:50
811
Mədəniyyət
A- A+

Moskvada “Şuşanın dağları başı dumanlı” adlı muğam gecəsi təşkil olunub

 

Şuşanın dağları başı dumanlı…

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov salonunda baş tutan muğam axşamı belə adlanırdı.

Muğam gecəsinin dinləyiciləri sırasında Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri var idi.

Moskva Konservatoriyasının səhnəsindən Azərbaycanın Əməkdar artistləri Qoçaq Əsgərov (xanəndə), Babək Niftəliyev (xanəndə), Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Kamran Kərimov (nağara), xanəndələr Səbinə Ərəbli, Almaxanım Əhmədli, Rafael Əsgərovun (balaban) ifasında “Qarabağ şikəstəsi”, “Xudayar təsnifi” və muğam xəzinəmizdən digər inciləri səslənib. Azərbaycan xalqının Qarabağ zəfərindən sonra Moskvada ilk dəfə ucalan “Şuşanın dağları başı dumanlı...” mahnısı dinləyicilərə xüsusi zövq verib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ifaçıları maraqlı konsert proqramı münasibətilə təbrik edərək deyib: “Mən bu gün çox xoşbəxtəm ki, Moskva Dövlət Konservatoriyasının səhnəsində “Qarabağ şikəstəsi” səslənir”.

Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova çıxışında qeyd edib ki, Azərbaycan muğamları UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. “Bu axşam Moskvada Azərbaycan muğam məktəbinin korifeyləri –Bülbül, Xan Şuşinski, Seyid Şuşinski və digərlərinin layiqli davamçıları olan tanınmış xanəndələrimiz Qarabağ torpağından pərvazlanan ən füsunkar muğam nümunələrini rusiyalı dinləyicilərə təqdim edirlər”, - deyə N.Axundova bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video