15:08 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin I Tibb Forumu keçirilmişdir
ANA SƏHİFƏ / SƏHIYYƏ
05:05 01.05.2013

 

Aprelin 30-da Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə bu ölkədə fəaliyyət göstərən azərbaycanlı həkimlərin I Tibb Forumu keçirilmişdir.

Azərbaycanın Səhiyyə, Gənclər və İdman nazirlikləri, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin təşkilatçılığı ilə keçirilən bu tədbirdən başlıca məqsəd Azərbaycan və Rusiya səhiyyəsinin bir çox sahələrinin nümayəndələri arasında sıx əməkdaşlığı inkişaf etdirmək, habelə tibb sahəsində gənc mütəxəssislərin Azərbaycanda işlə təmin edilməsi proqramının gerçəkləşdirilməsinə yardım göstərməkdir. 

RAGB-ın idarə heyətinin üzvü Emin Hacıyev tədbiri açaraq Birliyin bu layihəsinin əhəmiyyətindən danışmış, forumun keçirilməsinə dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-ın sədri Leyla xanım Əliyevaya təşəkkürünü bildirmişdir.

Sonra Azərbaycanda səhiyyə sahəsinin inkişaf mərhələlərini əks etdirən film nümayiş etdirilmişdir.

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev forumda çıxış edərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyev ölkədə səhiyyənin inkişafına, tibb kadrlarının yetişdirilməsinə və səhiyyə sahəsində təhsilin keyfiyyətinə həmişə qayğı ilə yanaşmışdır. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev respublikada səhiyyənin inkişafı istiqamətində səmərəli siyasəti uğurla davam etdirir. Dövlət başçısının imzaladığı "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" sayəsində minlərlə gənc xaricdə, o cümlədən ən nüfuzlu ali tibb təhsili ocaqlarında elmin sirlərinə yiyələnir. Nazir demişdir: "Son 10 ildə Azərbaycanda səhiyyə sahəsinə ayrılan büdcə vəsaitinin həcmi 11 dəfə artmış, 500-dən çox tibb müəssisəsi tikilmiş və yenidən qurulmuşdur. Əksəriyyəti bölgələrdə yerləşən bu müəssisələrin hamısı ən müasir avadanlıqla təchiz edilmişdir. Azərbaycanda dövlət tibb müəssisələrində əhaliyə tibbi xidmətlər pulsuz həyata keçirilir. Səhiyyənin inkişafı sahəsində dövlət proqramları tibbin ən mürəkkəb sahələrini əhatə edir. Ölkəmizdə böyrək çatışmazlığı kimi ağır xəstəliyin, dünya səhiyyəsi üçün aktual problem olan diabet xəstəliyinin müalicəsini dövlət öz üzərinə götürmüşdür. Azərbaycanda 180 min diabet xəstəsi bütün zəruri preparatları pulsuz əldə edə bilir".

Oqtay Şirəliyev vurğulamışdır ki, bugünkü tədbirdən məqsəd Azərbaycan və Rusiya tibb müəssisələri arasında əlaqələri daha da möhkəmləndirmək və ən başlıcası yüksək ixtisaslı tibb kadrlarının hazırlanması işini inkişaf etdirməkdir.

Azərbaycan və Rusiya səhiyyələri arasında uzun illər davam edən sıx əməkdaşlıq münasibətlərindən danışan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirmişdir ki, bu günlərdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində görkəmli oftalmoloq alim, Rusiyanın səhiyyə dairələrində böyük nüfuza malik bir şəxsiyyət - Zərifə xanım Əliyevanın yubileyi keçirilmiş, ötən il isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Moskvada İ.M.Seçenov adına Birinci Dövlət Tibb Universitetinin fəxri professoru adı verilmişdir. Bu, iki ölkənin səhiyyə dairələrinin qarşılıqlı ehtiramından və sıx əməkdaşlığından xəbər verir. Səfir vurğulamışdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə RAGB-ın belə bir əhəmiyyətli forum keçirməsi mühüm hadisədir. Polad Bülbüloğlu demişdir: "Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf yolu ilə irəliləyir. Son illər Azərbaycan çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu tədbirlərə dünyanın hər yerindən qonaqlar qatılır. Həmin tədbirlərin Rusiya təmsilçiləri ilə hər görüşlərimdə onlar öz təəssüratlarını bölüşür, Azərbaycanın inkişafını vurğulayırlar. Əlbəttə, bütün bu islahatlar səhiyyə sahəsində də əks olunur. Bakıda və bölgələrdə müasir tibb müəssisələri fəaliyyət göstərir. Ancaq ən başlıcası isə bu müəssisələrdə çalışan bilikli və istedadlı, bacarıqlı həkimlərdir".

Səfir forum iştirakçılarına uğurlar arzulamış və Rusiyanın tibbi təhsil ocaqlarında azərbaycanlı tələbələrin öz vətənləri ilə əlaqələrini itirməyəcəklərinə, bilik və bacarıqlarını Azərbaycan xalqına xidmətə yönəldəcəklərinə ümidvar olduğunu bildirmişdir.

N.N.Bloxin adına Uşaq Onkologiyası və Gemotologiya Mərkəzinin direktoru, Rusiya Tibb Elmləri Akademiyasının (RTEA) akademiki, Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev, RTEA-nın müxbir üzvü, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru Pyotr Litvitski, RTEA-nın akademiki,  Lomonosov adına Moskva Dövlət Universitetinin Tibbi-Elmi Təhsil Mərkəzinin direktoru Yuri Belenkov çıxışlarında Azərbaycanda səhiyyə sahəsində keçirilən islahatlardan danışmış, Rusiya və Azərbaycan səhiyyələri arasında qarşılıqlı əlaqələrin dərin köklərə malik olduğunu diqqətə çatdırmışlar.

Yüzdən çox gənc həkimin və 50-dən çox qonağın qatıldığı forum işini "Səhiyyə sahəsində dövlət proqramları", "Cərrahiyyə və stomatologiya", "Kadr siyasəti və müasir tibb avadanlığı", "Ana və uşaqların mühafizəsi" mövzularında bölmə iclaslarında davam etdirmişdir.

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

 

Moskva



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM