15:46 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Moskvada Rusiya, Azərbaycan və İranın Xəzərdə əməkdaşlığı mövzusunda dəyirmi masa keçiriləcək
 
ANA SƏHİFƏ / İQTİSADİYYAT
14:58 23.09.2021

Moskvada “Rusiya, Azərbaycan və İranın Xəzərdə əməkdaşlığı. Sənaye kooperasiyası və tranzit potensialı” mövzusunda beynəlxalq dəyirmi masa keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları “Şimal-Cənub” Politoloji Mərkəzi və “Baku Network” ekspert platformasıdır.

“Xəzər beşliyi” ölkələrini təmsil edən dövlət, elmi və ictimai təşkilatların Xəzər regionu üzrə aparıcı mütəxəssislərinin iştirak edəcəyi tədbirdə İran İslam Respublikasının Rusiya Federasiyasındakı səfiri Kazem Cəlalinin də iştirakı gözlənilir.

Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin İnteqrasiya layihələri və MDB ölkələri departamentinin direktor müavini Anna Popova və “Şimal-Cənub” Politoloji Mərkəzinin icraçı direktoru Anjelika Trapeznikova tədbir iştirakçılarını salamlayacaqlar.

Dəyirmi masa iştirakçıları arasında Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin rəhbəri Ruslan Əliyev, “Afanasi Nikitin” assosiasiyasının idarəçi direktoru İqor Qots, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, İran Siyasi və Beynəlxalq Tədqiqatlar İnstitutunun Prezidenti, 2013-2016-cı illərdə İranın xarici işlər nazirinin müavini olmuş Seyid Məhəmməd Kazem Səcapur və başqaları var.

Konfransın moderatoru “Baku Network” ekspert platformasının direktoru Gülnarə Məmmədzadədir.

Beynəlxalq dəyirmi masada işində limanlarda sənaye parklarının və sərbəst iqtisadi zonaların, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin inkişafı, dəmir yolu, dəniz, çay kommunikasiyaları və avtomobil yolları vasitəsilə yükdaşımaların artırılması, Rusiya, Azərbaycan və İranda gəmiçiliyin inkişafı məsələlərinin müzakirə edilməsi nəzərdə tutulur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM