08 Aprel 2021 00:30
863
SİYASƏT
A- A+

Moskvada RAGB-AMOR fəalları ilə görüş

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB-AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü əsasında Milli Məclisin deputatı Emin Hacıyev təşkilatın fəalları ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, RAGB-nin Moskva ofisində baş tutan görüşdə Rusiyanın müxtəlif ali məktəblərində fəaliyyət göstərən azərbaycanlı tələbə təşkilatlarının sədrləri və Gənclər Birliyinin əməkdaşları iştirak ediblər.

Milli Məclisin deputatı Emin Hacıyev RAGB-nin sədri Leyla Əliyevanın adından gəncləri salamlayaraq, təşkilatın yaranma tarixindən danışıb. O bildirib ki, Rusiyada RAGB-nin 70-dən çox regional bölməsi fəaliyyət göstərir. Onların fəaliyyət dairəsi səhiyyə, təhsil və elm, mədəniyyət və ekologiya kimi müxtəlif istiqamətləri əhatə edir. RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın bütün regionlarında 1990-cı ilin qanlı 20 Yanvar hadisələri, 1992-ci ilin Xocalı soyqırımı ilə bağlı “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində anım mərasimləri keçirilir. Gənclər mədəni-kütləvi, idman və xeyriyyə aksiyalarına, o cümlədən Heydər Əliyev adına kubok uğrunda ənənəvi illik minifutbol turnirinə, “Nə? Harada? Nə zaman?” intellektual oyununa, “Qanın milləti yoxdur” xeyriyyə aksiyasına həvəslə qatılırlar. Hər il təhsildə fərqlənən gənclər “AMOR təqaüdü”nə layiq görülürlər. Böyük Vətən müharibəsində Qələbənin ildönümlərində RAGB gəncləri faşizmə qarşı mübarizədə qəhrəmanlıq göstərmiş azərbaycanlıların həyat və döyüş yolu barədə danışırlar.

“Bütün Azərbaycan xalqı kimi, Rusiyada yaşayan və təhsil alan soydaşlarımızın da ən böyük problemi, əlbəttə ki, Qarabağ münaqişəsi idi. RAGB fəalları təşkil olunan hər bir görüşdə, hər tədbirdə Qarabağ münaqişəsinin başvermə səbəbləri, xalqımızın haqq işi barədə rusiyalıları məlumatlandırır, bu münaqişənin ədalətli həllinə çağırırdılar. Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” məlumatlandırma kampaniyası çərçivəsində görülən işlər nəticəsində Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq müstəvidə dünya ictimaiyyətinə çatdıra bildik. Dövlətimiz güclü, peşəkar ordu yaratdı və 44 günlük Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Silahlı Qüvvələrimizin şanlı Qələbəsi ilə başa çatdı. Mən sizi bir daha xalqımızın bu böyük Qələbəsi münasibətilə təbrik edirəm”, - deyə E.Hacıyev bildirib.

Deputat ölkəmizdə siyasi, iqtisadi, humanitar sahələrdə görülən işlərdən danışıb, işğaldan azad edilmiş torpaqlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan böyük quruculuq işləri, Azərbaycanda gənclər siyasəti sahəsində həyata keçirilən layihələr barədə məlumat verib.

Sonda deputat Emin Hacıyev RAGB fəallarını maraqlandıran sualları cavablandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video