06 Mart 2021 19:48
813
İQTİSADİYYAT
A- A+

Moskvada növbəti “Azərbaycan nemətləri” stendi açılıb

 

Moskvada növbəti “Azərbaycan nemətləri” stendi açılıb.

AZƏRTAC xəbər verir ki, Moskvada “Azərbaycan Ticarət Evi” layihəsi çərçivəsində “Tvoy dom” “Crocus City” hipermarketinin ərazisində “Azərbaycan nemətləri” stendinin təntənəli açılış mərasimi keçirilib. Moskva sakinlərinə və Rusiya paytaxtının qonaqlarına “Made in Azerbaijan” brendli məhsullar təqdim edilib.

Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin rəhbəri Ruslan Əliyev açılış mərasimində çıxış edib. O bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Ticarət Nümayəndəliyi azərbaycanlı ixracatçılara kompleks dəstək sisteminin formalaşdırılması, habelə Rusiya bazarında Azərbaycan məhsullarının təbliği üzrə “Azərbaycan Ticarət Evi” konsepsiyasını hazırlayıb. “Azərbaycan nemətləri” layihəsi bu konsepsiyanın tərkib hissəsidir.

R.Əliyev deyib: “Bizim layihənin təməli 2018-ci ilin oktyabr ayında Heydər Əliyev Fondu, Azərbaycanın Moskvadakı səfirliyi və ölkəmizin Rusiyadakı Ticarət Nümayəndəliyi tərəfindən Tverskaya meydanında təşkil edilmiş “Azərbaycanın payız nemətləri” festivalı ilə qoyulub. 2019-cu ilin mart ayında “Azərbaycan Ticarət Evi” konsepsiyası çərçivəsində Moskvadakı Depo ərazisində “Azərbaycan nemətləri” pilot mağazası, həmin ilin yayında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin, habelə Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun iştirakı ilə Yekaterinburqda “Azərbaycan şərabları evi” açılıb. Həmin ilin sonunda Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda azərbaycanlı istehsalçıların geniş çeşidli məhsulları təqdim edilən flaqman “şou-rum”un açılışı olub. Bundan əlavə, cari ilin əvvəlində “Azərbaycan nemətləri” layihəsinin həyata keçirilməsi çərçivəsində “Etnomir” etnoqrafik park-muzeyi ərazisində “Azərbaycan” salon-pavilyonu açılıb”.

R.Əliyevin sözlərinə görə, Ticarət Nümayəndəliyi “Crocus Group” şirkəti ilə bütün “Tvoy dom” hipermarketlərində “Azərbaycan nemətləri” stendlərinin açılması üzrə əməkdaşlıq barədə saziş bağlayıb. Artıq iki stend açılıb. 2020-ci ilin sonunda üçüncü stendin açılması nəzərdə tutulurdu, lakin pandemiya səbəbindən bu məsələ təxirə salınıb.

Azərbaycanın RF-dəki ticarət nümayəndəsi deyib: “Bu gün Moskvada “Tvoy dom” “Crocus City” hipermarketinin ərazisində üçüncü “Azərbaycan nemətləri” stendinin açılışı olub. Burada 40-dan çox istehsalçının 150 adda malları təqdim edilir. Bizim layihə sayəsində göndərilən məhsulların çeşidi və həcmi artıb. Qeyd etmək istərdim ki, ötən il ərzində “Azərbaycan nemətləri” stendlərinin açıldığı “Tvoy dom” hipermarketlərində Azərbaycan mallarının satış həcmi 300 faiz artıb. “Baqqaliyyə” bölməsində ümumi dəyəri 10 milyon rubldan çox, “İçkilər” bölməsində ümumi dəyəri 27 milyon rubldan çox olan mallar, o cümlədən Azərbaycan şərabları satılıb. Azərbaycan məhsulları ixracının hər il sabit olaraq artması problemə bu cür yanaşmanın səmərəliliyinə əyani sübutdur. Bu il Moskvanın və RF regionlarının iri ticarət şəbəkələrində daha bir neçə stend açılması nəzərdə tutulur. Azərbaycan məhsullarının Rusiyada iri onlayn məkanlara çıxarılması üzərində iş aparılır”.

“Tvoy dom” hipermarketlər şəbəkəsinin reklam və PR şöbəsinin rəhbəri Məhərrəm Əhmədov qeyd edib ki, “Azərbaycan nemətləri” stendi alıcıları Azərbaycan məhsulları ilə tanış edəcək. O deyib: “Bizim mallarımız boldur, lakin hesab edirik ki, bütün mallar arasında məhz Azərbaycan məhsulları stendini fərqləndirmək, Azərbaycan ənənələrini göstərmək, məhsullarımızın həm kəmiyyət, həm də keyfiyyətcə üstün olmasını göstərmək bizim borcumuzdur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video