20:18 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Moskvada keçirilmiş beynəlxalq konfransda Azərbaycan aliminin məruzəsi maraqla qarşılanmışdır
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
07:04 28.04.2014

Moskvada Qafqazın arxeologiyasına həsr olunmuş “XXVIII Krupnov qiraətləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Konfrans görkəmli qafqazşünas alim, arxeoloq Y.İ.Krupnovun 110 illiyinə həsr edilmişdir. Y.İ.Krupnov sovet hakimiyyəti illərində Qafqaz, o cümlədən Azərbaycan arxeologiyasının tədqiqatları üçün yerli kadrların hazırlanmasında misilsiz xidmətlər göstərmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan AzərTAc-a bildirmişlər ki, beynəlxalq tədbirdə bu elm müəssisəsinin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyibli “Azərbaycanda Leylatəpə mədəniyyətinə aid Qalayeri yaşayış məskəni” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzəçi Qəbələ rayonu ərazisində tədqiq etdiyi eramızdan əvvəl IV minilliyin birinci yarısına aid Qalayeri abidəsi barədə geniş məlumat vermiş, bu abidənin, o cümədən Azərbaycandakı Leylatəpə mədəniyyətinə aid digər abidələrin son xalkolit dövründə Ön Asiya – Qafqaz mədəni-iqtisadi əlaqələrinin və miqrasiyaların tarixinin öyrənilməsində mühüm əhəmiyyətini qeyd etmişdir.
Məruzə son arxeoloji qazıntılardan əldə edilmiş materiallara əsaslandığından konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmış və mövzu ətrafında geniş müzakirələr aparılmışdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM