Moskvada Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzi açılmışdır
Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimi olmuşdur. M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzi Heydər Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə MDB ölkələrində yaradılmış ilk mədəniyyət mərkəzidir.
Kitabxananın direktorunun beynəlxalq əlaqələr üzrə müavini Svetlana Qoroxova Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını çox mühüm və əlamətdar hadisə adlandırmışdır. O demişdir: "Bu gün biz Moskvada Azərbaycan Mədəniyyət Mərkəzi açırıq. Bu, təkcə Moskva üçün deyil, bütün Rusiya üçün mühüm hadisədir. Hadisənin unikallığı həm də ondan ibarətdir ki, bu, Xarici Ədəbiyyat Kitabxanasında ilk mədəniyyət mərkəzidir. Bu, MDB üzvü olan ölkənin - Azərbaycanın ilk mədəniyyət mərkəzidir. Azərbaycanla bizi çox qədim və uzunmüddətli mədəni əlaqələr bağlayır, mədəni mübadilə sahəsində bizim indiki münasibətlərimiz əladır, gələcək münasibətlərimiz isə daha parlaq olacaqdır. Bu mərkəzin yaradılması ideyası Azərbaycanın Rusiyadakı səfirinə və bizim direktor Yekaterina Qeniyevaya məxsusdur. Belə bir müştərək layihə onların təklifidir. Heydər Əliyev Fondu bu təklifi bəyənmiş və dəstəkləmiş, nəticədə mərkəzin yaradılması reallığa çevrilmişdir".
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasiminə toplaşanları salamlayaraq, bu layihənin həyata keçirilməsinə göstərilən dəstək üçün kitabxananın rəhbərliyinə təşəkkür etmişdir. L.Əliyeva demişdir: "Rəmzi haldır ki, Azərbaycan Mədəniyyət Mərkəzi məhz Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü bayram edilən günlərdə açılır. 1991-ci il oktyabrın 18-də dünya xəritəsində yeni suveren dövlət yarandı. Mən sizin hamınızı bu bayram münasibətilə təbrik etmək istərdim. Bu 20 ildə Azərbaycan sürətlə inkişaf etmiş və çiçəklənmişdir. Bu gün biz mədəniyyətlərimizin, xalqlarımızın yaxınlaşması istiqamətində daha bir addım atırıq. Ümid edirəm ki, bu mərkəz yaşından, milliyyətindən asılı olmayaraq, bizim ölkəmizin zəngin mədəniyyəti və qədim tarixi ilə daha yaxından tanış olmaq istəyənlərin hamısı üçün maraqlı olacaqdır. Biz bu mərkəzdə Azərbaycan haqqında kitablar, filmlər, disklər, hər cür informasiya toplamışıq, burada Azərbaycanın böyük yazıçı, şair, rəssam və bəstəkarlarının yaradıcılığı ilə tanış olmaq, ölkəmizin təbiətinin gözəlliklərini, Bakı şəhərinin nadir memarlığını görmək mümkündür. Biz burada yaradıcılıq axşamları, sərgilər, seminarlar, maraqlı və məşhur azərbaycanlılarla görüşlər keçirməyi planlaşdırırıq. Əlbəttə, burada Azərbaycan dili, tarixi və ədəbiyyatı dərsləri də keçəcəyik. Bu dərsləri Azərbaycan dilinin daşıyıcıları olan, Bakıdan dəvət edilmiş müəllimlər keçəcəklər. Mən ürəkdən inanıram ki, qonaqlarımızın sayı günbəgün artacaq və bizim qapılar həmişə hamının üzünə açıq olacaqdır".
Leyla Əliyeva daha sonra bildirmişdir ki, elə həmin gün kitabxananın foyesində Azərbaycanın və Rusiyanın əməkdar rəssamı, Beynəlxalq Sülh Səfiri diplomuna layiq görülmüş Əşrəf Heybətovun "Bakı və bakılılar. 30 ildən sonra" adlı sərgisi açılmışdır. L.Əliyeva sərginin bir həftə fəaliyyət göstərəcəyini vurğulamış və ümid etdiyini bildirmişdir ki, moskvalıların bir çoxu həmin sərgiyə baxacaqlar.
L.Əliyeva çıxışının sonunda tədbir iştirakçılarına bir daha təşəkkür etmiş, Azərbaycan Mədəniyyət Mərkəzinin kollektivinə müvəffəqiyyətlər və uğurlu iş arzulamışdır.
Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Azərbaycan Mədəniyyət Mərkəzinin açılışını rəmzi və əlamətdar hadisə adlandırmışdır, çünki bu günlərdə Azərbaycan öz müstəqilliyinin 20-ci ildönümünü qeyd edir. Səfir demişdir ki, bu 20 ildə çox iş görülmüşdür, Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edir. P.Bülbüloğlu oktyabrın 10-11-də Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunun böyük əhəmiyyətini də vurğulayaraq bildirmişdir ki, dünyanın hər yerindən bu foruma gəlmiş adlı-sanlı qonaqlar və iştirakçılar qlobal problemləri müzakirə etmişlər. Diplomat mədəniyyət mərkəzinin açılmasından söhbət açaraq demişdir: "Biz çox fəxr edirik ki, Azərbaycan bu məşhur kitab məbədində özünü birinci olaraq xatırlatmışdır. Bu mərkəzin sayəsində təkcə Rusiyanın və Azərbaycanın sahəvi mütəxəssisləri arasında deyil, iki ölkənin mədəni ictimaiyyəti arasında əlaqələr inkişaf edəcəkdir".
Azərbaycanın əməkdar rəssamı, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü Əşrəf Heybətov onun sərgisinin təşkil edilməsinə görə Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya səmimi minnətdarlığını bildirmişdir. O, üzərində Leyli və Məcnunun rəsmi şəkilmiş keramik vazanı kitabxanaya, Nizami Gəncəvinin şəkli toxunmuş Azərbaycan xalçasını isə mərkəzin özünə hədiyyə etmişdir.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva bu layihənin həyata keçirilməsinə görə Heydər Əliyev Fonduna və şəxsən Leyla Əliyevaya səmimi təşəkkürünü bildirmişdir. O demişdir: "Olduqca əlamətdar haldır ki, mərkəzin və Azərbaycan rəssamının sərgisinin açılışı - hər iki layihə Heydər Əliyev Fondu tərəfindən məhz burada, dünya mədəniyyət ocağında həyata keçirilir. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etməsi onu göstərir ki, biz bu işdə marağı olan bütün tərəflərlə əməkdaşlıq etməyə və qarşılıqlı əlaqə saxlamağa hazırıq. Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması ideyasını ilk günlərdən səmimi dəstəklədiyinə görə kitabxananın rəhbərliyinə də dərin təşəkkürümü bildirirəm".
Təntənəli mərasimdən sonra tədbir iştirakçıları rəssam Ə.Heybətovun sərgisi ilə tanış olmuş, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi tərəfindən təqdim edilmiş müasir texnika, Azərbaycan kitabları, suvenirlər və xalçalar ilə təchiz olunmuş mərkəzə tamaşa etmişlər.
Açılış mərasimində Arzu Əliyeva, ABŞ, Fransa, Bolqarıstan, Niderland, Yaponiya, Latın Amerikası ölkələrinin mədəniyyət mərkəzlərinin, Avropa Şurasının informasiya ofisinin, gənclərin və Ümumrusiya Azərbaycanlılar Konqresinin nümayəndələri iştirak etmişlər.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb...
28 Mart
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
28 Mart
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub...
28 Mart
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
28 Mart
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzal...
28 Mart
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
28 Mart
“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans ke...
28 Mart
Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib
28 Mart
Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub
28 Mart
Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər...
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!