15 Avqust 2012 01:08
610
Təhsil
A- A+

Moskva Dövlət Universitetinin Bakı filialında bu ali məktəbə daxil olan tələbələrlə görüş keçirilmişdir

 

Avqustun 14-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU)  Bakı filialında bu ali məktəbə daxil olan tələbələrlə görüş keçirilmişdir.

Tədbirdə  universitetin rektoru  Nərgiz Paşayeva  MDU-nun Bakı filialının tələbəsi adını qazanmış abituriyentləri  təbrik edərək bildirmişdir ki,  2012-ci il universitetin həyatında  xüsusi il olmuşdur.  O demişdir: "Bu il  2008-ci ildə fəaliyyətə başlayan MDU-nun Bakı filialının ilk buraxılışı olmuşdur.  Universitetdə yeni fakültə - iqtisadiyyat fakültəsi açılmış, habelə  növbəti qəbul aparılmışdır. Onun nəticələrinə əsasən  abituriyentlər dünyanın ən yaxşı ali məktəblərindən birinin  tələbələri olmuşlar".

İmtahanları  Moskvadan gələn xüsusi qəbul komissiyasının götürdüyü barədə məlumat verən rektor vurğulamışdır: "Komissiya qərəzsiz işləmişdir, imtahanların nəticələri   obyektivdir".

Tələbələri yaxşı oxumağa, öz üzərində çalışmağa dəvət edən N.Paşayeva demişdir: "Yaxşı təhsil almaq üçün burada hər cür şərait yaradılmışdır. Universitetdə yüksək ixtisaslı moskvalı müəllimlər  dərs deyirlər. Onlar  sizə bilik vermək,  peşəkar mütəxəssis olmağınıza kömək etmək üçün Bakıya gəlirlər".

N.Paşayeva daha sonra demişdir: "MDU-nun Bakı filialı biliklərdən başqa dostluq və qarşılıqlı anlaşma da bəxş edir. Müxtəlif fikir ayrılıqlarının, toqquşmaların  çox olduğu müasir dünyada insanları birləşdirməyə elm və mədəniyyət  qadirdir. Ümidvaram ki, universitetin bu missiyasını həmişə xatırlayacaq və həyata keçirəcəksiniz.  Yadda saxlayacaqsınız ki, MDU-nun Bakı filialı  Azərbaycan və Rusiya alimlərinin dostluq və əməkdaşlığının  təcəssümüdür".

Rektor onu da bildirmişdir ki, tələbələr təkcə universitetin  indiki korpusunda deyil, həm yeni kampusda  məşğul olacaqlar. İnşası artıq başa çatmış yeni binanın tezliklə açılışı olacaqdır.

Qəbul komissiyasının məsul katibi  Aleksey Popov bildirmişdir ki, bu il MDU-nun Bakı filialına 106 abituriyent daxil olmuşdur.  Ali məktəbə 289 nəfərin ərizə verdiyi barədə məlumat verən A.Popov demişdir: "Qəbul planı 125 yer təşkil edirdi.  Filiala Bakıdan başqa  Azərbaycanın 23 rayon və şəhərindən  49 nəfər da ərizə vermişdir. Onlardan 18-i ali məktəbə daxil olmuşdur. Bundan əlavə, filiala Rusiya Federasiyasının Komi Respublikasının Usinsk şəhərindən  bir nəfər daxil olmuşdur".

Bir yerə 6,4 ərizənin verildiyi rus filologiyası bölməsində də yüksək rəqabət müşahidə olunmuşdur. Bundan əlavə, yenicə açılan iqtisadiyyat fakültəsi abituriyentlərdə böyük maraq doğurmuşdur. Belə ki, 25 yerə 93 ərizə verilmişdir.  Psixologiya  və kimya fakültələrində  müsabiqə olmamışdır.  Komissiya üzvləri bildirmişlər ki, abituriyentlərin çoxunun  rus dili bilikləri  yüksək səviyyədə olmuşdur.  106 abituriyentdən 102-si  orta məktəbi  rus dilində, 4 nəfəri isə Azərbaycan dilində bitirmişdir. Ən yüksək  keçid balı fransız filologiyası üzrə imtahanlarda qeydə alınmışdır: 161 bal.

Qeyd edək ki, 2012-2013-cü illərdə  MDU-nun Bakı filialında təhsil alan  tələbələrin ümumi sayı 411 nəfər təşkil edir ki, onların da 388-i bakalavriaturada, 23-ü magistraturada təhsil alır.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video