12 Sentyabr 2021 14:30
799
SİYASƏT
A- A+

Moldovanın xəbər portalları Azərbaycan Ordusunun gücündən yazır  

Moldovanın xəbər portalları Qərb KİV-nə istinadla Azərbaycan Ordusunun qüdrətindən yazıblar.

AZƏRTAC xəbər verir ki, materiallarda Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti, Vətən müharibəsində Azərbaycanın Qələbəsi nəticəsində yaranan yeni geosiyasi reallıqlar və Azərbaycan Ordusunun güclü tərəfləri barədə oxuculara ətraflı söhbət açılır.

Bundan başqa, materiallarda vurğulanır ki, Azərbaycan nailiyyətləri əsasən hava hücumuna qarşı, raket hücumundan müdafiə, həmçinin hava-kosmik bazasında kəşfiyyat və müşahidə sistemlərini özündə birləşdirən müasir komandanlıq və idarəetmə şəbəkə strukturu sayəsində əldə edilib.

Müəlliflər, həmçinin ona diqqət yetirirlər ki, Qərb dövlətləri artıq yüksəktexnoloji silahların yeganə istifadəçisi deyil və Azərbaycan Avropa İttifaqının əksər ölkələri ilə müqayisədə daha genişspektrli əməliyyatlara reaksiya verə biləcək qabiliyyətə malik hərbi vasitələrə sahibdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video