16:37 28 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
01:20 28.02.2021

Qətiyyətin təntənəsi


01:17 28.02.2021

Prezident qayğısı


00:52 28.02.2021

Qisasın alındı, Xocalı!


00:19 28.02.2021

Virus qalxanı - anticisim


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Moldova KİV-lərində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub
 
ANA SƏHİFƏ / SİYASƏT
18:10 20.01.2021

 

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun 20 Yanvar faciəsinin ildönümünə dair məqaləsi Moldovanın nüfuzlu “Tribuna”, “AVA”, “IPN” və “Deschide” xəbər agentlikləri tərəfindən dərc edilib.

AZƏRTAC xəbər verir ki, səfir məqaləsində Azərbaycanın müstəqilliyinin, azadlığının və ərazi bütövlüyünün rəmzi hesab edilən 1990-cı il 20 Yanvar hadisələrindən 31 il keçdiyini bildirir. Qeyd edir ki, 1987-ci ilin sonunda sovet rəhbərliyinin razılığı ilə Ermənistan SSR-in ölkəmizə qarşı ərazi iddiaları yenidən başladı, erməni separatçılığı Dağlıq Qarabağda baş qaldırdı, azərbaycanlılara qarşı kütləvi zorakılıqlar başladı, yüz minlərlə soydaşımız öz doğma torpaqlarından - Ermənistandan və Dağlıq Qarabağdan qovuldu. Bütün bunlar ermənilərin Azərbaycan ərazilərinə ardıcıl köçürülməsinin, xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmənin və soyqırımının davam etdirilməsinin növbəti mərhələsi idi. Azərbaycan xalqı SSRİ rəhbərliyindən Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini, həyat və təhlükəsizliyin erməni terrorçularından qorunmasını tələb etdi. Davamlı artan gərginliyin qarşısını almaq əvəzinə sovet rəhbərliyi SSRİ və Azərbaycan SSR konstitusiyalarını pozaraq Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin razılığı olmadan xalqımıza qarşı hərbi qoşunlar göndərdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının hərbi hissələri həm dənizdən, həm də qurudan Bakının mülki əhalisinə hücum etdi və bununla da insanlığa qarşı dəhşətli bir cinayət törətdi. Nəticədə 147 nəfər öldü, 744 nəfər yaralandı. Ölənlər arasında qadınlar, uşaqlar və qocalarla yanaşı, təcili yardım işçiləri və polis məmurları da var idi.

Səfir məqaləsində daha sonra qeyd edir ki, xalqımız üçün çətin bir dövrdə Azərbaycanın layiqli oğlu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi və sovet rəhbərliyinin hərəkətlərini qətiyyətlə pislədi. Heydər Əliyev Bakıdakı qanlı hadisələrə siyasi qiymət verdi və yüksək sovet rəhbərliyinin Bakıya qoşun yeritməsi qərarını qeyri-insani, antidemokratik və Konstitusiyaya zidd adlandırdı, faciədə iştirak edən bütün şəxslərin cəzalandırılmalı olduğunu bəyan etməkdən çəkinmədi. Bu tarixi nitq xaricdə geniş şəkildə sitat gətirildi və həmin çətin anda ümid görən xalqımız üçün böyük əhəmiyyətə malik idi.

Məqalədə daha sonra vurğulanır: “Dövlətinin müstəqilliyi uğrunda mübarizə aparan, qəhrəmanlıqla həlak olmuş Azərbaycan vətəndaşlarının məzarlarının yerləşdiyi Bakıdakı Dağüstü Parkdakı Şəhidlər xiyabanı bütün Azərbaycan xalqı üçün ibadət yerinə çevrilib, bu yer hər bir azərbaycanlı üçün müqəddəsdir, bura azadlığımızın və müstəqilliyimizin bərpası yolunun başlanğıcı, rəmzidir, xalqımızın iradəsinin əyilməzliyidir. Məhz 8 noyabrda Şəhidlər xiyabanında Prezident İlham Əliyev Azərbaycanın mədəni paytaxtı olan, Qarabağın ürəyi sayılan Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etdi”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM