02:11 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Möhtəşəm minillik

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:27 02.05.2021

 

Bəylikdən imperiyaya və cümhuriyyətə...

 

Tarixçilər müasir Türkiyə dövlətinin yaranmasının  başlanma tarixi kimi səlcuqluların Malazgird döyüşündə Bizansa qalib gəldiyi 1071-ci ili qeyd edirlər. Bizans imperiyası ilə Səlcuqlu imperiyası arasında baş tutan bu döyüşdə əldə edilən qalibiyyət Anadolunun qapılarını türklərin üzünə açdı. Böyük Səlcuqlu dövləti hələ parçalanmamışdan əvvəl artıq Anadolu bölgəsi türkləşməyə başlamışdı. Səlcuqlu dövləti parçalandıqdan sonra Anadolu səlcuqlu türk dövləti yaranmışdı.

Səlcuqlar XI əsrdə Bizans İmperiyasını çökdürən və bu ərazilərdə böyük kök salıb, regionu dünyanın ən böyük mədəni, elmi və siyasi mərkəzlərindən birinə çevirmiş ilk türk sülaləsi olub.

11-12-ci əsrlərdə Anadolu bölgəsinin torpaqlarının çox hissəsi səlcuqların nəzarəti altında idi.  Anadolu səlcuqlu dövləti tənəzzül etdiyi zaman isə Anadolu bəylikləri yarandı. Onlardan biri məhz Osmanoğulları bəyliyi idi. Osmanoğulları özlərini Orta Asiyada vaxtilə mövcud olmuş türk dövlətləri ilə yanaşı, Böyük Səlcuqlu imperiyasının, Anadolu səlcuqlu türk dövlətinin davamçısı hesab edirdilər.

6 əsrdən çox mövcud olan Osmanlı dövləti süquta uğramış Anadolu səlcuqlu dövlətinin ərazisində ilk olaraq bəylik kimi yaranmışdı. O, daha sonra böyüyərək dövlətə, hətta imperiyaya çevrildi.

Osmanlı türk imperiyası türklərin tarixi nüfuz dairəsi baxımından ən böyük nailiyyəti olub. 620 ildən çox mövcud olan bu imperiya Aralıq dənizi və Qara dənizi əhatə etməklə, Asiya, Avropa və Afrika qitələrində yüz illər boyu hökm sürüb. Tarixdə belə geniş torpaqlara bu qədər uzun hökmranlıq edən digər imperiyalar Roma imperiyası və Britaniya imperiyası olub. Osmanlı dövləti Afrikada 395 il (1517-1912), Avropada 561 il (1363-1912;1913-1922), Asiyada bütün hakimiyyəti boyu (623 il) qalıb.

Osmanlı türk imperiyasına 36 sultan hökmranlıq edib və 1517-ci ildən etibarən xəlifəlik adı ilə də islam dünyasının dini hökmranlığını öz üzərinə götürüb. İmperiya Sultan Süleyman Qanuninin hakimiyyəti illərində ən qüdrətli dövrünü yaşayıb.

Birinci Dünya müharibəsi başa çatandan sonra məğlub olan Osmanlı imperiyası süquta uğradı.

İşğalçı qüvvələrə qarşı başlayan və Mustafa Kamal Atatürkün rəhbərliyi ilə davam edən Türkiyə İstiqlaliyyət müharibəsi 1922-ci ildə monarxiyanın ləğv edilməsi və 1923-cü ildə Türkiyə Respublikasının əsasının qoyulması ilə nəticələndi. Atatürk Türkiyənin ilk prezidenti olub. 1923-1924-cü illərdə  Türkiyə Cümhuriyyəti elan olunub və onun paytaxtı İstanbuldan Ankaraya köçürülüb. 1925-1935-ci illərdə Atatürkün apardığı islahatlar nəticəsində Türkiyədə çox arvadlılıq, Osmanlı imperiyasının nişanəsi olan geyimlər qadağan olunur. Avropa hüquq sisteminə keçid, mütləq ailə nikahının bağlanması, Qreqorian təqvimi, bazar gününün istirahət günü elan olunması tətbiq olunur. Bütün vətəndaşlar soyad daşımağa başlayır.

Türkiyə dünyanın həm Avropa, həm də Asiya qitəsində yerləşən ölkəsidir. Onun torpağının 97 faizi Asiya, 3 faizi Avropanın payına düşür.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM