16 Aprel 2020 02:14
1819
Səhiyyə
A- A+

Modul tipli xəstəxanaların tikintisinə başlanılıb


Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq koronavirus pandemiyasına qarşı mübarizənin daha da gücləndirilməsi məqsədilə hər biri 200 yerlik olan 6 modul tipli xəstəxananın tikintisi nəzərdə tutulub.

Xəstəxanalardan biri Sumqayıt şəhərində, digəri isə Abşeron rayonunda quraşdırılır. Onların bir ay müddətində istifadəyə verilməsi gözlənilir.

Sumqayıtda fəaliyyət göstərəcək modul tipli xəstəxana 3 bölmədən ibarət olacaq. Binanın qurulması üçün beton örtüyün tökülməsinə başlanılıb. Artıq bölmələrdən birinin beton örtüyü döşənib. Eləcə də həmin əraziyə su, təbii qaz və elektrik enerjisi xətti çəkilib. Xəstəxana 100 palatadan ibarət olacaq. Hər palatada iki yataq nəzərdə tutulub. Ümumilikdə bu tibb müəssisəsində 200 xəstəni yerləşdirmək mümkün olacaq. Palataların hər biri süni tənəffüs aparatı və zəruri avadanlıqla təchiz ediləcək.

Eyni zamanda Abşeron rayonunun Saray qəsəbəsində də modul tipli xəstəxananın inşasına başlanılıb. Hazırda orada torpaq səthinin düzləşdirilməsi prosesi həyata keçirilir.

Saray qəsəbə xəstəxanasının həyətində quraşdırılan modul tipli tibb müəssisəsi də 200 çarpayılıq olacaq. Bu xəstəxananın da müasir avadanlıqla təchiz edilməklə bir aya istifadəyə verilməsi nəzərdə tutulur.

A.ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video