02 Oktyabr 2021 00:23
1094
Elm və texnika
A- A+

Möcüzəvi plastırlar

 

Amerika Birləşmiş Ştatlarının Kaliforniya Universitetinin mühəndisləri tərəfindən hazırlanmış plastır ürək döyüntülərinin tezliyini, qan təzyiqi və şəkəri müəyyən edir.

Bu, insan orqanizmində ürək-damar siqnallarına və bir neçə biokimyəvi prosesə digər müvafiq ölçü cihazlarına ehtiyac olmadan eyni vaxtda nəzarət edən ilk daşınan qurğudur. Yeni məhsul yüksək təzyiqdən və diabet kimi xronoloji xəstəliklərdən əziyyət çəkənlər və ya CovId-19-un ağır formasına meyilli olan insanlar üçün nəzərdə tutulub. O, həmçinin arterial təzyiqin qəfil aşağı düşməsi kimi halların aşkar edilməsi üçün istifadə edilə bilər.

Möcüzəvi plastırın daha bir üstünlüyü odur ki, asanlıqla daşına bilir ondan istənilən məkanda şəraitdə rahatlıqla istifadə etmək mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video