30 Dekabr 2014 02:12
597
Oxucu məktubları
A- A+

Möcüzəli, müalicəvi su

 

Əshabi-kəhf mineral su yatağını nəinki naxçıvanlılar, bura gələn hər kəs möcüzəli su adlandırır. Yerin 200 metr dərinliyində olan bu su fasilələrlə, daha doğrusu, hər 15 dəqiqədən bir qaynayaraq üzə çıxır. 5-6 dəqiqə ərzində onun debiti də xeyli dəyişir, sonra isə yenidən əvvəlki halına qayıdaraq sakitləşib “yox” olur.

Əshabi-kəhf mineral suyu həm də müalicə əhəmiyyətlidir. Mütəxəssislər onu radonlu, karbon qazlı, az minerallaşmış, hidrokarbonatlı-xlorlu-sulfatlı, natriumlu-kalsiumlu mineral sular qrupuna aid edirlər. O, Rusiyadakı Pyatiqorsk mineral suyunun analoqu hesab olunur.

5-6 il əvvəl Əshabu-kəhf yolunda aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri bu su mənbəyini də əhatə edib. Bulağın üzərində gözəl və yaraşıqlı dəmir köşk quraşdırılıb. Bura üz tutan turistlər onun hansı şəraitdə qaynayaraq çıxdığını müşahidə edə bilirlər. Bir az aralıda isə şəfa suyundan balneoloji məqsədlə istifadə edənlər üçün kiçik hovuzlar düzəldilib. Bu su yel xəstəliklərinin müalicəsində effektlidir.

Ərazidə aparılmış yaşıllaşdırma işləri də könül açır. Burada damcı üsulu ilə yüzlərlə ting becərilir. Tinglərə yaxşı qulluq edildiyindən onlar xeyli qol-budaq atıb. Bir vaxtlar boş təpəciklərdən ibarət olan bu yerlərdə indi boy atmış ağaclardan meşə yaranır.

 

Sevinc İBRAHİMOVA,

Naxçıvan şəhər 12 nömrəli orta məktəbin müəllimi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video